BolgeXeber.Com » Gündəm » “Malibu” istirahət mərkəzində yeməklərin içindən tarakan çıxdı-Fotolar

“Malibu” istirahət mərkəzində yeməklərin içindən tarakan çıxdı-Fotolar

31-07-2013, 14:55
Oxunub: 6 212 Məşhur istirahət mərkəzinin turistlərə verdiyi yemək siçanların at oynatdığı mətbəxdə hazırlanırmış

Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində standartların tələblərinə, sanitariya norma və qaydalara əməl edilmədiyi müəyyən edilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həmin məlumatda deyilir ki, Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi “Malibu”da 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti həyata keçirilib. Nəticədə məlum olub ki, istirahət mərkəzində nəinki qidaların uyğunluq sertifikatı var, hətta mətbəxlərdə də dəhşətli vəziyyət yaşanır. «Yemək hazırlanması üçün istifadə olunması nəzərdə tutulan düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma esensinin (uksus), 2 litr həcmdə soya sousunun istifadə müddətinin bitdiyi müşahidəolunmuşdur».

Xidmətdən daxil olan məlumatda o da vurğulanır ki, «Malibu»da ət məhsulları açıq şəkildə sellofan paketdə, balıq donu açılmış şəkildə soyuducuda saxlanılır. «Mətbəxdə həşəratlara və zərərvericilərilər qarşı istifadə olunan dərman vasitələri ərzaq məhsulları ilə yanaşı saxlanılır. Aşkar olunmuş qanun pozuntularla əlaqədar olaraq “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində “kələm” və “paytaxt” salatlarının hazırlanması və satışı, qadağan edilmişdir» xalq.az