BolgeXeber.Com » Gündəm » Kürdəmirdə deputatın bazarında üsyan çıxdı

Kürdəmirdə deputatın bazarında üsyan çıxdı

1-08-2013, 09:35
Oxunub: 4 079 Kürdəmirdə sahibkarlarla polis toqquşdu
Avqustun 1-də səhər saatlarında Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkarlar etiraz aksiya keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.
Hüquq müdafiəçisi Lətafət Məlikovanın musavat.com-a verdiyi məlumata görə, mərkəzi bazarın sahibi deputat Fərhad Qəribov oğludur.
Aldığımız məlumata görə, etiraz edənlər dəmir yolunu bağlamağa cəhd etsə də, polis qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb. Polislə qarşıdurma olub. Aksiyaçılar arasında xəsarət alanların olduğu bildirilir.L.Məlikova bildirib ki, aksiya hələ davam edir.
Bolgexeber.com