BolgeXeber.Com » Gündəm » “Qafqaznews.az” adlı yeni xəbər portalı fəaliyyətə başladı

“Qafqaznews.az” adlı yeni xəbər portalı fəaliyyətə başladı

3-08-2013, 11:30
Oxunub: 7 132 Qafqazregion.az xəbər portalının xələfi olan Qafqaznews.az internet qəzeti həm də “Qafqaz Region” İctimai Birliyinin rəsmi elektron mətbu orqanıdır
“Qafqaznews.az-ın daha bir özəlliyi ondan ibarətdir ki, oxucuların ,portaldakı xəbərləri dünyanın bir çox dillərində oxumaq imkanı var və portalın bannerləri dünyanın tanınmış ,böyük oxucu kütləsinə malik olan bir çox nüfuzlu saytlarında yerləşdirilib”
Bolgexeber.com xəbər verir ki, bu gün daha bir yeni sayt açılıb.Bu gündən etibarən “Qafqaznews.az” fəaliyyətə başlayır. Bu barədə Bolgexeber.com-a “Qafqaznews.az” xəbər portalının əməkdaşı İmran Kərimli məlumat verib.”Qafqaznews.az internet qəzeti tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Müasir standartlara cavab verən nəfis dizaynlı Qafqaznews.az (Qafqaz xəbərləri) xəbər portalında gün ərzində cəmiyyətin müxtəlif sahələrini əhatə edən, Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual xəbərlər, yazı və araşdırmalar operativ şəkildə təqdim olunur.Portalda həmçinin yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri, Azərbaycan internet mediası üçün ənənəvi olmayan,müsabiqələr,layihələr,rubrikalar və s. yeniliklər dərc olunur.
Qafqaznews.az-ın daha bir özəlliyi ondan ibarətdir ki, oxucuların ,portaldakı xəbərləri dünyanın bir çox dillərində oxumaq imkanı var və portalın bannerləri dünyanın tanınmış ,böyük oxucu kütləsinə malik olan bir çox nüfuzlu saytlarında yerləşdirilib.Bu baxımdan Qafqaznews.az-da təqdim olunan obyektiv informasiyaları nəinki ölkədəki ,həmçinin ölkə xaricində,başqa dilli oxucular da izləyə bilərlər.Qafqazregion.az xəbər portalının xələfi olan Qafqaznews.az internet qəzeti həm də “Qafqaz Region” İctimai Birliyinin rəsmi elektron mətbu orqanıdır. Qafqaznews.az xəbər portalının baş redaktoru “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasim oğlu Tağıyevdir.
Qafqaznews.az –ın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir”-jurnalist İmran Kərimli bildirib.
Bolgexeber.com olaraq yeni fəaliyyətə başlayan “Qafqaznews.az” -a uğurlar diləyirirk.
Bolgexeber.com