BolgeXeber.Com » Gündəm » Bakıda məktəbə bomba qoyulması xəbəri yayıldı

Bakıda məktəbə bomba qoyulması xəbəri yayıldı

6-08-2013, 14:40
Oxunub: 4 119 Bakıda məktəbə bomba qoyulması barədə polisə yalan məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, naməlum şəxs polisə Pirşağı qəsəbəsində Əjdər Məlikov, 23 ünvanında yerləşən 112 saylı məktəbə bomba qoyulması barədə məlumat verib.

Hadisə yerinə gedən polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri məktəbdə hər hansı bir partlayıcı maddə tapmayıblar.

Polisdən həmçinin bildirilib ki, yalan məlumat verən şəxsin Gəncə şəhərindən azyaşlı uşaq olması ehtimal edilir.
Bolgexeber.com