BolgeXeber.Com » Gündəm » Mahmud Tağıyev Azərbaycan xalqını təbrik edir

Mahmud Tağıyev Azərbaycan xalqını təbrik edir

8-08-2013, 10:45
Oxunub: 5 356 “Qafqaz Region” İctimai Birliyinin sədri ,Qafqaznews.az (Qafqaz xəbərləri) xəbər portalının, “Qafqaz Region News” qəzetinin təsisçisi və baş redaktoru,
Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə Avropa İqtisadi Ticarət, Kommersiya, Sənaye Palatası Mərkəzi Ofisinin vitse-prezidenti Mahmud Tağıyev mübarək Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir:
“Müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Arzu edirəm bütün müsəlmanların,o cümlədən soydaşlarımızın orucu,duaları və namazları qəbul olunsun, işğal olunmuş torpaqlarımız azad olunsun. Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Bu mübarək ay boyunca Allahın vacib hökmü olan oruc ibadətini başa vuran bütün müsəlman qardaş və bacılarımıza bu mübarək ayın bərəkətlərinin nəsib olmasını arzulayıram”.
Bolgexeber.com