BolgeXeber.Com » Gündəm » Fəzail Ağamalı Ramazan bayramı münasibətilə xalqı təbrik edir

Fəzail Ağamalı Ramazan bayramı münasibətilə xalqı təbrik edir

8-08-2013, 11:20
Oxunub: 4 582 Ana Vətən Partiyasının sədri,millət vəkili Fəzail Ağamalı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
On bir ayın sultanı, müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxahlığa, birliyə, qardaşlığa, bərabərliyə səsləyir. Dünya müsəlmanları bu ayda Allah və din qarşısında öz borclarını vermək fürsəti qazanırlar. Xalqımız mübarək Ramazan ayını böyük fərəh qarşılayır və yola salır. Uca Tanrıdan dünyamıza sülh,xalqımıza əmin amanlıq və firavan gələcək üçün diləklər edilir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunur.
Bir daha hər bir müsəlmanın əziz bayramı olan Ramazan bayramı münasibətilə bütün mömin qardaş və bacıları təbrik edir, uca Tanrıdan dualarınız, arzu və niyyətlərinizin qəbul olmasını diləyirəm! Allah orucunuzu qəbul eləsin!”
Bolgexeber.com