BolgeXeber.Com » Gündəm » Həbsdəki iş adamı prezidenti təbrik etdi

Həbsdəki iş adamı prezidenti təbrik etdi

8-08-2013, 12:35
Oxunub: 4 033 Müqayis Verdiyev: «Mən və yaxınlarım qarşıdan gələn prezident seçkilərində Azərbaycanımızın daha da güclənməsi və qüdrətli olması üçün Sizə səs verəcəyik»

Hazırda həbsdə olan tanınmış iş adamı Müqayis Verdiyev prezident İlham Əliyevə Ramazan Bayramı münasibəti ilə təbrik ünvanlayıb. Vəkili vasitəsi ilə Bolgexeber.com-a daxil olmuş təbrik məktubunda deyilir:

«Cənab Prezident! Sizi Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür və ailə səadəti arzulayıram. Bu gün Sizin apardığınız xarici və daxili siyasət ölkəmiz Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə və yeni-yeni uğurlar qazanmasına gətirib çıxarıb. Rayonlarımızın yenidən qurulması, şəhərlərimizin daha da abadlaşdırılması üçün bütün gücünüzü və enerjinizi sərf etməkdəsiniz. Bu gün Azərbaycanda həyata keçirdiyiniz islahatlar özünün bəhrəsini verir və hər bir insanın həyatında təsdiqini tapır. Bu uğurlu siyasətinizin davam edəcəyinə cəmiyyətdə hər kəs inanır və insanlarımız əminliklə bildirirlər ki, növbəti seçkilərdə də Sizə səs verməklə yeni-yeni uğurlara imza atmış olacaqlar.
Çox hörmətli Prezident! Bu gün Siz Azərbaycanda dövlət və dövlətçiliyimizin qorunması təmin etmək üçün bütün imkanlardan istifadə edirsiniz. Məhz Sizin sayənizdə vətəndaşların rifahı, yaşayış səviyyələrinin artması və böyük mədəni, elmi tədbirlərin keçirilməsi, habelə xarici siyasətdə əldə etdiyiniz uğurlar bunun əyani misalıdır. Mən əminəm ki, bu siyasətiniz bundan sonra da davam edəcək.
Sizi bir daha barış ayı olan Ramazan Bayramı münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm. Əminliklə bildirirəm ki, mən və yaxınlarım qarşıdan gələn prezident seçkilərində Azərbaycanımızın daha da güclənməsi və qüdrətli olması üçün Sizə səs verəcəyik».