11 avqustun astroloji proqnozu
11-08-2013, 09:00
Oxunub: 4 039
QOÇ – İştirakçısı olduğunuz görüşlərdə hövsələsizlik etməyin. Son vaxtlar təmkininizin pozulması ulduzların xoşuna gəlmir. Qeybət amilini isə özünüzdən qətiyyətlə uzaqlaşdırmalısınız.
BUĞA - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlara yiyələnəcəyinizdən xəbər verir. İstənilən sövdələşmə və ya işbirliyi xeyrinizə olacaq. Risk etməkdən qorxmayın.
ƏKİZLƏR - Yaxşı olar ki, bürcünüz haqqındakı bu proqnozu oxuyan eşidən kimi səfərə çıxasınız. Sizin üçün darıxanların çox olduğunu nəzərə alıb tövsiyələrimizə əməl edin. Səs-küylü şəhərdə nə tapmısınız?!
XƏRÇƏNG - Havaların qızmarlığını nəzərə alıb vaxtınızı əyləncə və istirahətə həsr edin. Çünki hansısa əməkdaşlıq və ya sövdələşmə uğursuz olacaq. Qonaqlıq və yeni tanışlıq üçün olduqca münasib vaxtdır.
ŞİR - Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür. Gələcək planlarınızı düşünün. Nahardan sonra mütləq müqəddəs yerlərə baş çəkin.
QIZ - Bu gün sevdiyiniz adamlarla bir yerdə olmağınız sizə rahatlıq gətirəcək. Ötən dövrlərin nostaljisinə qapılmaqdansa nikbin nəzərlərlə gələcəyə baxmağınız məsləhətdir.
TƏRƏZİ - Astroloji göstəricilər əsəblərinizdə hələ də gərginlik olduğunu bəyan edir. Nəzərə alsaq ki xoşlamadığınız Ay dünəndən bürcünüzdə qərar tutub, deməli, daha ehtiyatlı olmalısınız.
ƏQRƏB - Bəxtinizdə sevgi dolu bir təqvim var. Odur ki, özünüzü məhəbbət ümmanına salmaqla daxili sıxıntılarınızı xeyli azalda bilərsiniz. Maliyyə uğursuzluqlarına görə narahat olmayın.
OXATAN - Uğurlu tarix hesab etmək olar. Hansısa gərginlik və ya münaqişə gözlənilmir. Deməli, nəzərdə tutduğunuz vəzifələrin əksəriyyətini reallaşdırmaqda da problemlə üzləşməyəcəksiniz.
OĞLAQ - Yay olmasına baxmayaraq, istirahətdən daha çox fəaliyyətə yer ayırmalısınız. Çünki təxminən saat 12-dən sonra şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər. Bu yönümdə sizə dəstək də veriləcək.
SUTÖKƏN - Avqustun bu qaynar günündə bütün vacib işlərinizi saat 16-ya qədər başa çatdırmağa çalışın. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın.
BALIQLAR - Sevgi-ailə münasibətlərində müəyyən mübahisələr gözlənildiyindən bəri başdan buna hazır olmalısınız. Əmin olun ki, bütün münaqişələri yalnız siz yoluna qoya bilərsiniz.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman