BolgeXeber.Com » Gündəm » Əbülfəz Qarayev maşınla inək vurub

Əbülfəz Qarayev maşınla inək vurub

11-08-2013, 16:10
Oxunub: 4 460 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ramazan bayramını Qubanın Qəçreş kəndində keçirib

Amma istirahəti zamanı nazir üzücü olayla da qarşılaşıb. Əbülfəs Qarayev dünən özünün idarə etdiyi “Rance Rover” markalı avtomobillə kənd yolunda qarşısına çıxan inəyi vurub. Qəza nəticəsində nazirə məxsus avtomaşının qabaq hissəsi yüngül əzilib. Vurulan inəyin isə ayağı sınıb. Əbülfəz Qarayev kənd sakinləri vastiəsilə inək sahibini taparaq, ona dəyən zərəri ödəyib.