BolgeXeber.Com » Gündəm » Nuşirəvan Səfərov pulu qanundan uca tutur?

Nuşirəvan Səfərov pulu qanundan uca tutur?

13-08-2013, 10:40
Oxunub: 3 988 Redaksiyaya daxil olan əldə məlumata görə, 13 avqust 2013-də Bakı Şəhər Dövlət Yol Polisi Şöbəsində çox böyuk biabırçılıq yaşanmışdır. Belə ki, vətəndaş Elməddin Əli oğlu Quliyevdən çox böyuk məbləğdə rüşvət alınmışdır ki, DYP-nin saxlancında olan maşını buraxılsın. Təxminən 10 gün qabaq vətəndaşın idarə etdiyi 90 XS 084 dövət nömrə nişanlı, VAZ-21-07 markalı avtomobil, Bakı Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən, guya şübhəli şəxs qismində saxlatdırılmış, sürücülük vəsiqəsi olmadığı üçün həmin avtomobili cərimə meydançasına aparmışlar. Ramazan bayramı ərəfəsinə düşdüyü üçün o, avtomobilini cərimə meydançasından çıxarmağa nail olmamışdır. 12 avqust 2013 tarixində Elməddin, BŞDYPŞ-nə təcili şəkildə çağırılmış, əməkdaşlar tərəfindən şöbə rəisi Malik İbrahimovun yanına qaldırılmış, Malik müəllim də Elməddini 12-ci otaqa, müfəttiş Emin Süleymanovun yanına göndərmişdir ki, «məsələni isti-isti», «yerində» həll etsin. »Nuşirəvan Səfərovun «kassiri» orada ondan böyuk məbləğdə pul tələb etmiş, əks təqdirdə işi məhkəməyə göndərəcəkləri, vətəndaşı həbs etdirəcəkləri ilə hədələmişlər. Ona demişlər ki, bu şöbə rəisi Nuşirəvan Səfərovun əmridir. Rəis deyib ki, ya pul, ya sutkalıq həbs. Məhkəmə, həbs sözünü eşidib, çox bərk təşvişə düşən Elməddin, onların haqqını yerindəcə vermışdir ki, DYP əməkdaşlarının qəzəbinə tuş gələrək, kiçik səhlənkarlığı ucbatından «sutkalığa» getməsin. Lakin sonradan peşəkar sürücülər ona izah ediblər ki, məhkəmədə onu cüzi miqdarda cərimə edəcəklərmiş və məhkəmə qətnaməsi əsasında o, avtomobilini cərimə meydançasından asanlıqla götürə biləcəkmiş. pezonans.az