BolgeXeber.Com » Gündəm » Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi

Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi

3-11-2023, 17:24
Oxunub: 4 752

"Əl-Hilal"ın forvard Neymar əməliyyat olunub.

Həkimlər onun çox az da olsa, tez sağalmaq ehtimalının olduğunu bildirirlər. "Sambaçı"nın iyun və ya iyulda meydanlara qayıtmaq şansı var.

Bu xəbər Braziliyada sevinclə qarşılanıb. "Pentakampionlar" Neymarın gələn ilin iyun 20-də başlayacaq Amerika Kubokuna hazır olacağına ümid edirlər.

Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində Uruqvayla matçda sol ayağının dizindən zədə alıb. Futbolçuya çarpaz bağ zədəsi və menisk yırtığı diaqnozu qoyulub. İlkin olaraq onun avqustda meydanlara qayıdacağı bildirlirdi.