BolgeXeber.Com » Gündəm » AFFA qalmaqallı oyunla bağlı qərar verdi: Texniki məğlubiyyət və cərimələr
AFFA qalmaqallı oyunla bağlı qərar verdi: Texniki məğlubiyyət və cərimələr
3-11-2023, 15:07
Oxunub: 4 856
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Bölgə TV xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 9-cu turu çərçivəsində baş tutan, amma yarımçıq qalan "Göygöl" – "Şəki Siti" oyunuyla bağlı qərarlar verilib.
Oyununun 82-ci dəqiqəsində “Göygöl”ün baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, 500 manat cərimə edilib və növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya 2-ci liqa oyununa aiddir.
Oyuna Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 7 dəqiqə gec başladığına görə “Göygöl” 100 manat cərimə edilib.
Matçın 65 və 83-cü dəqiqələrində “Göygöl” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər