Rəşad Kəsəmənli “Qardaşım günahsızdır”
29-04-2014, 10:15
Oxunub: 6 522
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesinin gedişi zamanı A.Kəsəmənlini saxlayan əməliyyat qrupu dindirilmədə bir-birini təkzib edib.
Polislərdən biri ifadəsi zamanı A.Kəsəmənlinin üzərində heç bir narkotik maddə aşkar edilmədiyini bildirib. Digər polis isə A.Kəsəmənlinin hadisə baş verdiyi gün tək olduğunu, bir başqa polis isə ifadəsində onların 3 nəfər olduqlarını deyib.
Cavid Hüseynovun sədrliyi ilə keçən məhkəmə prosesi may ayının 7-si saat 15:00–a təyin edilib.
Prosesin gedişi zamanı A.Kəsəmənlidən son söz deməyi istənilib. O isə açıqlamasında belə absurd vəziyyətdə söz deyə bilməyəcəyini bildirib.
A.Kəsəmənlinin qardaşı Rəşad Kəsəmənli isə qardaşının qanunsuz həbsi ilə bağlı psixoloji durumunun yaxşı olmadığını bildirdi.
Onun sözlərinə görə, A.Kəsəmənli son sözünü may ayının 7-nə təyin edilmiş məhkəmə prosesi zamanı deyəcək: “İnanırıq ki, müraciət etdiyimiz aidiyyəti qurumlar və hörmətli prezident İlham Əliyev qardaşımın qanunsuz olaraq həbs edilməməsi üçün bizə yardım edəcək. Qardaşım günahsızdır. Bunun sübut edilməsini istəyirik. Bundan başqa heç bir qərar bizi qane etmir. Mənim qardaşım əslində zərərçəkmiş tərəfdir”.
Qeyd edək ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.
Həbsdən çıxdıqdan 3 ay sonra isə yenidən həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər