BolgeXeber.Com » Analitika » Bir neçə rayonun təbii qaz təchizatında fasilələr olacaq

Bir neçə rayonun təbii qaz təchizatında fasilələr olacaq

30-04-2014, 06:05
Oxunub: 4 068 Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən və verilən məlumata görə, yeni qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki xidmət işlərinin aparılması ilə əlaqədar bu gün saat 18:00-dək Quba rayonuna və Füzuli rayonunun bir hissəsinə, orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 17:30-dək Şabran rayonunun bir hissəsinə, orta təzyiqli qaz kəmərinin korroziyaya uğramış hissələrinin dəyişdirilməsi ilə əlaqədar saat 17:00-dək Qusar rayonuna, orta təzyiqli qaz xətti üzərində qaztənzimləyici qurğuların quraşdırılması, qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, "Qaradağ-Digah" magistral qaz kəmərində təmir işlərinin aparılması və qazpaylayıcı stansiyada baypas xətlərinin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Şamaxı, Qazax, Səbail, Qaradağ və Yasamal rayonlarının bir hissəsinə, yaşayış binasına təbii qazın açılması ilə əlaqədar saat 11:00-dan Nizami rayonunun bir hissəsinə, yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar saat 11:00-dan 12:30-dək Nərimanov rayonunun bir hissəsinə, həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar saat 12:00-dək Ağdam rayonunun bir hissəsinə, saat 11:00-dan saat 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Suraxanı və Abşeron rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Beyləqan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.