BolgeXeber.Com » Analitika » Ankarada törədilən terror aktının səbəbləri-TƏHLİL

Ankarada törədilən terror aktının səbəbləri-TƏHLİL

15-03-2016, 11:56
Oxunub: 4 102 Ankarada törədilən terror aktının səbəbləri-TƏHLİLTerroru dəstəkləyənlər çatdırmaq istəyirlər ki, “baxın Ərdoğan hakimiyyətdə olduğu müddətdə ölkənizdə terrora son verilməyəcək.”

Ankarada baş verən terror hadisəsi, xarici dövlətlərin Türkiyəyə yönəlik məkrli niyyətlərinin rəsmi göstəricisiir. Terrora gizli və ya açıq formada dəstək verən dövlətlər bölgədəki maraqlarını tam təmin etmək üçün, Türkiyəni daxildən parçalamaq naminə terrora start veriblər. Bunun da başlıca səbəbi Türkiyəni inkişaf dönəminidən çıxarıb, geriləmə dönəminə soxmaqdır. Çünki, Türkiyə AKP iqtidarı dönəmində sözün həqiqi mənasında həm iqtisadi, həm siyasi, həm hərbi, həm sosial həm də digər sahələrdə böyük nailiyyətlər əldə etmiş oldu ki, bu da qardaş ölkənin eyni zamanda bölgədəki gücünü göstərən faktorlardı.

Türkiyənin bölgədə söz sahibinə çevrilməsi heç şübhəsiz ki, bəzi hegemon dövlətlərin maraqlarına xidmət etmir. Ən başlıcası isə Türkiyəni “sözəbaxan” dövlət kimi kontrolda saxlamaq istəklərinin puç olması, terror dəstəkçilərini yeni strateji planlar qurmağa vadar edib. Yeni strateji plana görə artıq bölgədə rahat kontrol edilə biləcək müttəfiqlərin (bunlar terror təşkilatları və ya yeni yaradılabiləcək kiçik dövlət(lər) olabilər-E.A) meydana gəlməsinə ehtiyac duyulur. Beləliklə Türkiyəni özləri üçün təhdid sayan dövlətlər, bu ölkəni bölgədə yalnız buraxmaq niyyəti güdürlər. Və hələlik bunu iyrənc üsul olan terrorla etməyə çalışırlar.

Əslində PKK vasitəsilə İstanbulda və Ankarada silsilə terror törədənlər iki istiqamətdə açıq müsaj göndərirlər.
Birinci istqamət, PKK terrorçuları vasitəsilə Ərdoğan və onun komandasına çatdırmaq istəyirlər ki, sahib olduğunuz liberal-ideoloji idarəçilik sisteminizdən yəni, azad, demokratik, müstəqil və bölgə çapında güclənmək siyasətinizdən əl çəkin. Eyni zamanda, Suriyayada baş verən hadisələri kənardan izləyin və PKK-ya qarşı son aylar başladığınız əməliyyatlara son verin. Əks təqdirdə Türkiyəni qan çanağında boğacağıq.
İkinci istiqamət isə, Türkiyə cəmiyyətinə və müxalifətinə olan mesajdır. Terroru dəstəkləyənlər çatdırmaq istəyirlər ki, “baxın Ərdoğan hakimiyyətdə olduğu müddətdə ölkənizdə terrora son verilməyəcək.” Beləliklə Ərdoğana qarşı daxildən ciddi müqavimətin meydana gəlməsinə nail olmaq istəyirlər.
Gerçək olan budur ki, Türkiyədə terror 30 ildir həyata keçrilir. Yəni, terrorun Ərdoğan və onun yürütdüyü siyasətlə əlaqəsi yoxdur. Sadəcə AKP hakimiyyəti dönəmində yürüdülən siyasət terroru dəstəkləyən dövlətləri tədirgin etmişdir. Bunun da başlıca səbəbi Türkiyənin müstəqil siyasət yürüdən dövlət nöqtəsinə gəlməsidir. Güman ki, Qərb dövlətlərinin və Rusiyanın Türkiyəyə qarşı basqıları terror və ya başqa formalarda davam etdiriləcək. Ölkə çətin dönəmlərin girdabına daxil olub. Belə bir vəziyyətdə müxalif siyasi elita xüsusəndə CHP və MHP dövlətin xilası naminə, AKP ilə birlikdə olub cəmiyyətin bütövlüyünə nail olmalıdır.

Elçin Abdullayev,politoloq
Bolgexeber.com