BolgeXeber.Com » Analitika » Ən sürətli və ucuz internet Yaponiyadadır -VİDEO

Ən sürətli və ucuz internet Yaponiyadadır -VİDEO

7-04-2013, 11:10
Oxunub: 4 728 Yeni 18 min kilometrlik geniş zolaqlı internet xətti çəkiləcək
Hazırda ən sürətli və ucüz internet xidməti tətbiq edən ölkə Yaponiyadır. Burada istifadəci bir ay ərzində saniyədə 6 meqabitə görə, bizim pulla cəmisi 20 qəpik ödəyir. Bizdə isə qiymət bu göstərici ilə müqayisədə 90 dəfə bahadır. Saniyədə orta hesabla 10 meqabitə görə, aylıq orta qiymət 6 manatdır.

Ölkəmiz bu məsələdə MDB dövlətlərindən Belarus, Orta Asiya ölkələri və Ermənistandan öndə olsa da, hələ ki, Rusiya, Ukrayna və Gürcüstandan geridədir.
Əhalinin 70 faizinin internetdən istifadə etdiyini vurğulayan ekspert Cahid İsmayıloğlu isə qeyd edib ki, respublikada bu sahədə 30-dan çox provayder fəaliyyət göstərsə də, onların təklif etdiyi xdmətlər keyfiyyətcə çox aşağıdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də səsləndirilən iradların bir çoxunu haqlə sayır. Nazir müavini İltimas Məmmədov deyib ki, internet qiymətlərinin baha və sürətinin isə zəif olması, əsasən, texniki problemlərlə əlaqəlidir. Bu problemləri aradan qaldırılmaq üçün - yeni fiber optik - geniş zolaqlı internet xətləri çəkiləcək.

Bu il 103 milyon manat ayrılan layihəyə Dövlət Neft Fondunun da maliyyə dəstəyi ilə 3 il ərzində 500 milyon manat xərclənəcək. Azərbaycanın süni peykinin orbitə buraxılması da qiymətlərdə ən azı 30-40 faiz ucuzlaşmaya gətirib çıxaracaq və internet qiymətləri əhali üçün əlçatan hesab olunanadək aşağı salınacaq. Nazirlik bu ay yeni təkliflər hazırlayacaq