BolgeXeber.Com » Analitika » Mən Con Remboyam

Mən Con Remboyam

11-04-2013, 14:55
Oxunub: 5 310 Bu yazını yazanda uşaqlıq illərim yadıma düşdü. 8-ci sinifdə oxuyanda məktəbdə sonuncu dərsdən qaçıb o vaxtlar “Oktyabr” adlanan kinoteatrda “Rembo-1” kinofiliminə baxmağa gedərdik. Bu filmdə Rembo uzun illər gedən Vyetnam muharibəsindən qurtularaq öz doğma vətəninə, Amerikaya qayıdır.O ümid edir ki, vətənində özünə daxili sakitçilik tapacaq. Ancaq öz əsgərlik dostlarını axtaranda məlum olur ki,onların hamısı ölüb. Vyetnamda muharibədə onunla birlikdə vuruşanların yaxınlarından bu kədərli xəbərləri eşidəndə onun yadına muharibə vaxtı onların biri-birinə söz verdikləri haqda söhbətlər yadına düşür. Get-gedə Rembo başa düşür ki, onun və yoldaşlarının canlarını qoyduğu doğma ölkəsində onu qəbul etmək istəmirlər. Rembo dəhşətə gəlir,çünki görür ki, Amerikada hər şey dəyişib və onu Vyetnama, ölkəsinin maraqlarını qorumaq naminə göndərənlər indi onunkimilərə elə baxırlar ki, sanki onların hamısı müharibədə həlak olmalı, onların keçdiyi dəhşətlər isə sanki olmamış kimi yaddaşlardan silinməlidir.Rembo bunu çox gözəl anlayır və vətənə qayıtdığına görə peşman olur. O bütün bu düşüncələri ağlından keçirə-keçirə sakitcə yol ilə gedərkən birdən həmin şəhərin şerifi demək olar ki,heç nədən ona “ilişir”. O şerifə başa salmağa çalışır ki,o Con Rembodu və Viyetnamda böyük döyüş yolu keçib və indi də onun heç kimlə işi yoxdur.Ancaq şerif onu anlamaq istəmir və öz bürokratik üsullarından istifadə edərək Remboya qarşı çox kobud rəftar edir. Rembo ona qarşı bu cür kobud rəftara dözməyərək şerifə təmbeh dərsi verməyə nail olur və demək olar ki,yenidən Viyetnamı Amerikada, öz vətənində tədbiq edir. Onunla bacarmayan şerif və həmin ştatın meri,məcburiyyət qarşısında qalaraq Rembonun Viyetnamdakı komandiri olan polkovniki hadisə yerinə çağırırlar ki,o gəlib Rembonu təslim olmaq üçün dilə tutsun. Ancaq polkovnik buna çox çətinliklə nail olur.Çünki Rembo polkovnikə başa salmağa çalışır ki, onun ölkəsinin vətəndaşları ona nifrət edir. Rembo belə mühakimə edir ki, əgər dövlətin Vyetnama qarşı münasibəti dəyişilibsə,deməli vətandaşların fikri dövlətin fikrindən əvvəl dəyişib və ona görə də Rembo kimilərə öz doğma vətənində yer yoxdur. Bu filmə uşaqlıqda çox baxmışam ,ancaq düşünməzdim ki,sonralar öz həyatımda Rembonun düşdüyü vəziyyətə tez-tez düşəcəm,onun keçirdiyi hissləri gələcəkdə ,tələbəlik illərindən sonra tez-tez keçirəcəm. Bütün problemlər dövlət qulluqçusu vəzifəsindən azad olunandan sonra baş verdi. Mən çox sakit həyat yaşamağı xoşlayan insan olmuşam,baxmayaraq ki, əvvəllər .”Rembo” kinofilimi ən sevimli kinofilimlərimdən biri olub. Deməli, dövlət qulluqçuluğundan azad olunan kimi,fikirləşdim ki, hələlik mülki həyata öyrəşənəcən,oturum evdə kino-seriallara baxım. Elə təzəcə evdə oturub “Banditskiy Peterburq” kinoserialının 1-ci hissəsinə baxmağa başlamışdım,gördüm ki, Nərimanov rayon işıq idarəsindən bir qrup şəxs gəlib yaşadığım mənzilin işığını kəsdilər,saygacı da götürüb özləri ilə apardılar. Üstündən biraz keçmişdi qaz idarəsindən gəlib,qazı kəsdilər. Bunlardan soruşanda ki,axı siz niyə bunu belə edirsiniz,onlar mənim sualıma belə cavab verdilər: “Sən vaxtı ilə dövlət qulluqçusu idin və ona görə də səninlə sıravi vətandaş kimi rəftar edə bilmirdik,ancaq indi sən sıravi vətandaşsan. Bax burda yenə də “Rembo” filimi gözümün qarşısına gəldi,özü də Rembonun “dövlətin fİkrinin Vyetnama qarşı dəyişməsi və nə dövlətin nə də vətəndaşların Rembonu gəbul etmək istəməməsi” nəticəsinə gəlməsi yerinə. Onlar istəyirdilər ki,Vyetnamla bağlı tarix elə Rembo ilə birlikdə bu vətəndən,ölkədən itsin, özü də birdəfəlik. Mən ,qapıya gələn rayonun xırda məmurlarına izah edəndə ki,onlar təsəvvür etsinlər ki,mən Con Rembo kimi, Vyetnamnan qayıtmışam,mənim üçün muharibə bitib,mən indi evdə sakit oturub həyatımı davam etmək istəyirəm və məni məcbur etməsinlər ki, o “Rembo” kinofilmindəki kimi Viyetnamı siz xırda,özündən razı məmurlara yaşadım , onlar sözümə doyunca ürəkdən gülüşdülər. O illər mən üz tutdum dostum və sonradan mətbuat sahəsində müəllimim olan çox hörmətli jurnalist Kamran Məhərrəmliyə.O zaman o ”Gündəlik Bakı” qəzetinin baş redaktorunun muavini idi. Kamran müəllim mənim başıma gələn məsələni mətbuatda işıqlandıraraq ictimaiyyətə təqdim etdi. Mən o vaxt prezidentdə dəfələrlə müraciət etdim,sonda o xırda məmurlar başda Nərimanov rayon işıq idarəsinin rəisi olmaqla ,Prezident Aparatının bu məsələni nəzarətə götürməsinə və ”Gündəlik Bakı” qəzetinin araşdırmalarına tab gətirməyərək məcburiyyət qarşısında qalıb sayğacı öz əlləri ilə gətirib yerinə bağladılar və bununla da işığın da,qazın da problemi öz həllin tapdı. Sonda hətta üzr istəyib dedilər ki,biz bilməzdik ki,siz doğrudan da Con Rembosunuz. Bundan sonra mən oturub “Banditskiy Peterburq” kinoserialının davamına baxdım. Bu filimin əsas qəhramanı jurnalist Seryoqin olduğu üçün mənim çox xoşuma gəldi və bir anlığa hiss etdim ki,Seryoqin də elə bu filimin Con Rembosudu. O, tək başına Piterin bandit qruplaşmlrı ilə mubarizə aparır və öz həyatını böyük təhlükəyə atır ki, təki haqq-ədalət öz yerini tapsın. Bu filimin 1-ci hissəsindən sonuncu hissəsinə baxıb qurtarandan sonra mən qarşıma məqsəd qoydum ki, jurnalist olacağam. Sonra mən bir jurnalist kimi də xırda məmurların mənə qarşı etdikləri haqqsızlıqları ilə çox rastlaşdım və bu zaman onlara da əvvəlcədən izah edirdim ki,inanın mənə,mən Con Remboyam.Ancaq onlar da gülümsüyərək bildirirdilər ki,deyəsən bu jurnalistin başına hava gəlib. Sonda isə mən apardığım araşdırmalar nəticəsində onlarla bağlı elə faktları üzə çıxarırdım ki,onlar özləri deyirdilər ki,kaş biz sənin Rembo olduğuna əvvəlcədən inanardıq. Deyirdilər ki, “siz gərək bizi də başa düşəsiniz,biz hər yoldan keçənin Rembo olduğuna inansaq onda biz məmur ola bilmərik. Siz də gəldiniz dediniz ki, Rembosunuz bizdə inanmadıq,ancaq iki həftədən sonra bizə Vyetnamı yaşatdığınız üçün biz inandıq ki,siz həqiqətən də Rembosunuz”. Bax burda yenə də biz vətandaşların mubariz olub,öz haqqlarımızı tələb etməyimizin vacibliyini vurğulamaq istərdim. Bu xırda məmurlar biz vətəndaşların öz hüquqlarını bilmədiyini çox gözəl bilirlər və ona görə də hüquqlarımızın onlar tərəfindən kobud şəkildə pozulması adi hala çevrilib. Mən başa düşürəm ki,hər vətandaşdan Rembo və yaxud da jurnalist Seryoqin ola bilməz,necə deyirlər,tanrı insanları yaradanda hərəsinin xasiyyətini bir heyvana bənzədib,birini canavara, o birisini qoyuna və yaxud da xoruza.Hamısı bir heyvanın xasiyyətində ola bilməz axı?. İndi də son vaxtlar,bir də görürsən , xırda məmurlar tərəfindən o qədər təyziqlərə məruz qalırsan,ancaq sonda yenə də yekə məmurlar onlara başa salırlar ki, a o,Rembodu, tanımırsansa heç olmasa gəl soruş deyək ki,onunla necə rəftar etmək lazımdır. Əziz oxucuya Rasimoğlunun bu fikri ilk baxışdan bir qədər qəribə gələ bilər,ancaq oxucunun nəzərinə çatdırmaq istərdim ki, o googledə sadəcə Mahmud Tagıyev və yaxud da Mahmud Rasimoglu yazıb baxsın ,onda hər şey oxucuya aydın olacaq.Bax belə, indi də yaşadığım bu cəmiyyətdə,taleyimdə iki kinofilimin əsas qəhramanlarının obrazı özümdən asılı olmayaraq yarandı. Düz deyirlər ki,insan dünyaya gəlməmişdən əvvəl tanrı artıq onun taleyini və alın yazısını yazır. Ona görə də kimin taleyində nə yazılıbsa o da olmalıdır. Taleydən və yaxud da alın yazısından qorxmaq lazım deyil,axı onlar tanrı tərəfindən göndərilir...
Rasimoğlu