BolgeXeber.Com » Analitika » Hər şey yaxşı olacaq , çətini...

Hər şey yaxşı olacaq , çətini...

15-04-2013, 13:35
Oxunub: 5 004 Cəmiyyət xəstə olanda bu, axmaqlarla bağlı populyar bir rus məsəlində deyildiyi kimi çox çəkir. Özü də hər cəmiyyət bir cürə xəstədir . Məsələn Türkiyədə qızı ərə verəndə yeni ənənəyə görə kürəkən olmağa iddialı olandan “Sən Qalatasaraylısan,yoxsa Fənərli,bəlkə ağ-qaralardansan,düzünü de?!” soruşması artıq təəcüblə qarşılanmır. Bizdə də səviyyəsiz telekanallarda səviyyəsiz verilişlərə baxmayanları, bunu üzə deməsələr də ürəklərində səviyyəsiz sayırlar. Bu yaxınlarada telekanalizasiyalarımızn birində kriminal xəbərlərdə göstərirdilər ki, bir qaçqının evinə oğrular girib və ev yiyəsi olan qadın da işi-gücü ancaq kriminal olayları birinci çatdırmaq üçün çaışıb-vuruşan kanallardan birinin jurnalistinə sakitcə deyir ki, ”qaçqın adamam, olan qalan 700 min manat pulumuz var idi , 5-10 minlik də qır-qızılımız, -hansıları ki,ərim əziyyətlə qazanıb,hamısını yığıb aparıblar. ”Qaçqının bu etirafı zamanı əminəm ki, tamaşaçıların əksəriyytinin ağlında eyni fikir doğurub: ”Qaçqında da bu qədər pul olar?!” Amma əslində rəsmən bunu heç kim dilə gətirməsə də bu camaat üçün artıq adi reallıqdır və adam artıq evini kirayə verən qaçqınları görükçə “qaçqın adamdır”sözü daha cəmiyyətdə iki mənada başa düşülməyə başlayıb. Məlumdur ki, iqtidar adamı qıcıqlandırmaq, əsəbləşdirmək üçün tez-tez “Azərbaycanda dünyada anoloqu olmayan inkişaf gedir”deməyi xoşlayır və bu baxımdan təbii ki, BMT miqyasında anoloqu olmayan qaçqınlar da məhz bizdə olmalıdır. Mənim “Palaza bürün elnən sürün” tipli mütiliyi reklam edən bəzi atalar sözlərindən xoşum gəlməsə də bu yaxınınlarda oxuyanda ki, kağız və metal pulların 81.7 faizi xəstəlik törədən bakteriya daşıyır və bu bakteriyalar meningit, vərəm, dəri-zöhrəvi, hepatit A, dizenteriya, müxtəlif ishallar, qrip və sətəlcəm kimi ciddi xəstəliklərlə yanaşı, dəri yaralarına, sidik yolları infeksiyalarına səbəb ola bilər” mənim atalar sözlərində olan müdrikliyə valeh oldum. Fikirləşdim ki, bu sadə sözlərdə nə qədər hikmətlər var. 7-ci əsrdə yazılan Quranda göstərilən elmi bilgilərin cüzi bir hissəsi öz təsdiqini hələ indi-indi alimlər tərəfindən böyük elmi kəşflərdə tapdığı kimi , əslində atalar sözlərində də hələ bilmədiyimiz xeyirli çox şeylər var. Bu onu göstərir ki, şərti desək ,atalarımız çox ağıllı olub. Ancaq görünür biz onlara oxşamamışıq . Ya da ki, onlar da bizim kimi ağıllı-ağıllı danışmağı xoşlasalar da əməllərində elə bizim kimi olublar. Amma bütün bunlara baxmayaraq mən nikbinəm və hesab edirəm hər şey yaxşı olacaq ,çətini ölüncəndir ki, bunun üçün də “əlinə sağlıq”, hökumət hər bir gözəl şərait yaradıb. Mövcud iqtidarı da mənmüəyyən mənada dəstəkləyirəm , hesab edirəm ki, o bu milləti həqiqətən “ağ günə” çıxaracaq . Sadəcə olaraq rəngləri çox gözəl ayırd edə bilən iqtidardan fərqli olaraq qara gündə olan camaat hələ ki,ağı qaradan ayıra bilmir. Ola bilsin ki,ölkədə vəziyyət də ,elə millət ağı qaradan ayıra biləndən sonra düzələcək.

P.S. Düzdür mən bunun cavabını əslində bilsəm də yenə də hərdən ağlıma belə bir fikir gəlir ki, görəsən niyə hökumətin yerləşdiyi bina əhaliyə yaxın yerdə olsa da iqtidar xalqdan bu qədər uzaqdır?!