BolgeXeber.Com » Analitika » Sumqayıt Məhkəməsində anoloqu olmayan qanunsuzluq

Sumqayıt Məhkəməsində anoloqu olmayan qanunsuzluq

21-05-2013, 09:45
Oxunub: 4 774 Məhkəmənin iclas protokolu yazılmamış cavabdehə qətnamə təqdim edilib

Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinovun sədrliyi ilə mayın 15-də 2(060)-1508/2013 saylı mülki iş üzrə proses keçirilib və yalançı şahid ifadələri ilə iddiaçının pul tələbini təmin edən qətnamə çıxarılıb. Məsələnin maraqlı tərəfi o olub ki, prossesdə hakim qarşı tərəfin şahidinin ifadəsini yarımçıq kəsib və sifarişli qərar qəbul edəcəyi öncədən bilinən iclasda məhkəmə çəkişməsi prinsipini kobud surətdə pozub. Cavabdehin nümayəndəsi həmin gün qeyd edilən tarixdə mülki iş üzrə keçirilmiş məhkəmənin iclas protokolu ilə tanış olmaq istəyib və hakim bildirib ki, protokol hələ tam hazır deyil. Hakim nümayəndəyə deyib ki, 20 may 2012-ci il tarixdə protokolla tanış ola bilər. Həmin tarixdə protokolla tanış olmaq məqsədilə cavabdehin nümayəndəsi hakimin iş otağında olub və ona bildirilib ki, hələ protokol hazır deyil. Buna baxmayaraq həmin mülki iş üzrə qətnamə artıq hazır olub və onu nümayəndəyə təqdim edib. Cavabdehin nümayəndəsi də qətnamənin surətini əldə etməyi barədə imza atmaqla onu götürüb və bir daha bildirilib ki, iclas protokolu hazır olan kimi nümayəndə ilə əlaqə saxlanılacaq. Ölmədik bu günü də gördük: məhkəmə iclasının protokolu hazır olmamış qətnamə təqdim edilir. Görəsən, çıxarılan qətnaməyə qanuni don geyindirmək üçün protokola nələr yazılmalı imiş? Həmin qətnamədən apellyasiya şikayəti veriləcək və məhkəməyə təsir etməmək üçün işdə iştirak edən şəxslərin adları qeyd edilmir.