BolgeXeber.Com » Analitika » Nəsiminin icra başçısı ağacları qırdırır

Nəsiminin icra başçısı ağacları qırdırır

28-09-2013, 10:25
Oxunub: 4 367 Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 30-da ağacların soyqırımına başlanılıb. Bu barədə həmin küçənin sakinləri məlumat veriblər.

Sakinlər deyiblər ki, 40 agacın olduğu ərazi hasara alınıb: “30 və 34-cü binanın sakinləri ağacların kəsilməsinə etiraz ediblər. Bundan sonra ağacların kəsimi dayandırılıb. Lakin sakinlərə ağacların kəsilməsinə göstəriş verildiyini deyiblər”.

Şikayətçilər deyirlər ki, ağaclar kəsiləndən sonra ərazidə çoxmərtəbəli binanın tikintisinə başlanılacaq. Onlar söyləyir ki, yaxınlıqda kitabxana var və kitabxananın satıldığı iddia olunur: “Bu barədə Nəsimi Rayon İcra Hakimiyyətinə də məlumat verilib. Lakin bu ərazilərin elə icra hakimiyyətində çalışan məmurlar tərəfindən mənimsənildiyi söylənilir. Ağacların yerləşdiyi ərazilərin yaxınlığında yeni inşa edilmiş bina var. Binanın icra başçısının yaxın qohumuna məxsus olduğu bildirlir. Ümumiyyətlə, ağacların qırılması və yerində bina tikilməsində icra başçısının adı hallandırılır”.

Nəsimi Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına məsələyə aydınlıq gətirəcək səlahiyyətli şəxslərin işdə olmadığını dedilər. Bununla belə qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.