BolgeXeber.Com » Analitika » Cəmil Həsənli Mingəçevir və Şəkiyə gedəcək

Cəmil Həsənli Mingəçevir və Şəkiyə gedəcək

28-09-2013, 10:30
Oxunub: 3 939 Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü yalnız Bakı şəhəri ilə yekunlaşmır. Cəmil Həsənlinin ölkənin müxtəlif rayonlarında seçicilərlə açıq və qapalı görüşləri nəzərdə tutulur. Artıq bir neçə rayonda görüşlərin keçiriləcəyi vaxt və məkan müəyyən edilib. Bu gün isə Cəmil Həsənlinin Bakı şəhərində seçicilərlə növbəti görüş-mitinqi keçiriləcək.

Cəmil Həsənlinin seçki qərargahının üzvü Gözəl Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, artıq bu həftədən başlayaraq Cəmil Həsənli əyalətlərdə seçicilərlə görüşə start verəcək: “Sentyabrın 29-da Mingəçevirdə Cəmil Həsənlinin də iştirakı ilə seçicilərlə zal görüşü keçiriləcək, oktyabrın 2-də Şəkidə açıq havada seçicilərlə görüş keçiriləcək, eyni zamanda sentyabrın 29-da saat 18:00-da Xətai rayonunda ”Bakı" kinoteatrında seçicilərlə görüş nəzərdə tutulur. Digər rayonlarda da görüşlər keçirilcək. Qrafik çox sıx olduğu üçün bütün rayonları əhatə etmək olmur. Ancaq bacardığımız qədər ölkənin müxtəlif regionlarında seçicilərlə təmasda olub, öz fikirlərimizi çatdıracağıq".