BolgeXeber.Com » Analitika » "UNİBANK" saxta reklamlarla məşğuldur?

"UNİBANK" saxta reklamlarla məşğuldur?

28-09-2013, 15:45
Oxunub: 3 956 Azərbaycanda reklamların çoxunun yalan və saxta olması heç kimdə şübhə doğurmur. Bu sahədə liderlik edən "Unibank"dır. "Unibank" öz müştərilərini, həmçinin bütün Azərbaycan vətəndaşlarını davamlı olaraq uzun müddətdir ki, telekanallarda, mətbu orqanlarda, şəhərimizin küçələrindəki reklam lövhələrində , avtobus və metro qatarlarında verdiyi uğuz və bayağı reklamlarla reklamlarlarla aldadır.
"Unibank" təkcə öz reklamları ilə deyil, həmçinin birlikdə çalışdığı şirkətlərin reklamlarını da özü hazırlatdıraraq vətəndaşlarımızı aldatmaqla məşğuldur.
Tanınmış şair - publisist Tofiq Abdin PİA.AZ-a müraciət edərək "Unibank"ın reklam yalanlavrından şikayətlənib: «Artıq uzun müddətdir ki, jurnalist Xoşqədəm xanım "Unibank"ın adından hər yerdə evdar qadınlara müjdə verir ki, gəlin sizə kredit verəcəm. Dünən həyat yoldaşım bununla bağlı "Unibank"ın «Neftçilər»dəki şöbəsinə müraciət edib. O lazım olan sənədləri təqdim edib və həmin sənədlərdə göstərilib ki, mən iki mətbu orqanda çalışıram və üstəlik pensiya da alıram. Lakin şöbədə həyat yoldaşıma bildiriblər ki, "Unibank" olaraq həyat yoldaşıma kredit verə bilməzlər. Çünki həyat yoldaşım bu günə qədər heç bir bankdan kredit almayıb. Qəribə məntiqdir, həyat yoldaşım bu günə qədər banka müraciət etməmsinin hansı qəbahəti var. Bu banklar niyə biz vətəndaşları aldatmaqla məşğuldurlar. Əgər ancaq öz yaxınlarına, işçlərinin qohum əqrabasına, tanışına kredit verirlərsə, o zaman niyə səhərdəni axşama qədər reklamları ilə gözlərimizi və qulaqlarımızı «mazol» edirlər».
Biz Azərbaycanın tanımış şair-publisistini haqlı hesab edirik. "Unibank"ın ölkə vətəndaşlarını saxta reklamlarla aldatmasını isə sadəcə bankın Azərbaycan xalqı ilə məzələnməsi kimi dəyərləndiririk. Və anlamadığımız bir şey var. "Unibank" saxta və yalan reklamlarla nə qazanır? Hər halda hansısa dövlət qurumu bununla maraqlansaydı yaxşı olardı.