BolgeXeber.Com » Analitika » Azərbaycan müəllimlərinə

Azərbaycan müəllimlərinə

29-09-2013, 16:25
Oxunub: 3 520 Seçkilərə lap az qaldı. Televiziyada debatlar başlayandan sonra seçki öncəsi anormal sayılacaq səssizlik də pozuldu. Cəmil Həsənlinin sərrast, hədəfə dəyən çıxışlarından sonra cəmiyyətdə seçki aktivliyinin artdığı göz önündədir. 22 sentyabr və digər mitinq bunun göstəricisidir.
Amma Cəmil bəyin çıxışları ilə kifayətlənmək olmaz. Seçki ele bir prosesdir ki, burda prezidentdən tutmuş, ucqar dağ kənd sakininə kimi ən azı seçici kimi bu prosedura qatılır, qatılmalıdır. Həmçinin demokratik düşərgədə də partiya funksionerlərindən tutmuş adi üzvlərə, təəsübkeşlərə qədər bu işə qatılmalıdır. Yəqin ki, qatılacaq da.
Bu kiçik yazımla mən bir qrup insanlara müraciət etmək istəyirəm. Hansı ki, seçkinin nəticəsi onlardan çox asılıdır. Nəzərdə tutduğum bu qrup, Azərbaycan müəllimləridir. Çexovun müəllimlər barədə dediklərini xatırlayaq: “Əgər bir xalq inkşaf etmək istəyirsə, mütləq müəllimə dəyər verməlidir”. Gördüyümüz və bildiyimiz kimi hazırki hökümət ölkənin neftindən və digər sərvətlərindən başqa hər şeydən imtina etdiyi kimi, müəllimlərə də sahib çıxmadı. Bunların “uğurlu”, “analoqsuz” siyasəti nəticəsində müəllimin maaşı orta hesabla 150 manat, hansısa məmurun qızının qonaqlığa filan gedəndə yığdırdığı saç düzümünün qiyməti isə minimum 300 manatdır. (Maaşalah hər gün də qonaqlıqları olur)
Hökümətdən müəllimlər barədə nəsə tələb etmək gecdir. Daha doğrusu faydasızdır. Bu gün o gündür ki, Azərbaycan müəllimi özü öz müdafiəsinə qalxmalıdır. Öz müdafiəsi isə seçkilərdə saxtakarlığa getməməklə başlayır. Təəssüf doğuran haldır ki, bu gün saxtakar hökümət, saxtakarlığa alət məhz Azərbaycan müəllimini edir. Demək olar ki, məntəqə sədri və müşahidəçilərin hamısı müəllimlərdən təşkil olunur və onlara saxtalaşdırılmış protokollara imza atdırılır. 9 oktyabrda azərbaycan müəllimi özünə sual etməlidir: “Mən niyə saxtakarlığa imza atmalıyam? Seçkilərdə saxta protokolları imzalaya – imzalaya bu günə gəlib çıxmamışammı?” Yox əgər seçki günü özlərinə bu sualı verməyəcəklərsə, mən əsl müəllimlərdən üzr istəyərək digərlərinə bir sual verirəm: “hansı gününə bu saxtakarlığa gedirsən ay yazıq?” Və sonda öz müəllimlərimin simasında bütün müəllimlərin qarşısında baş əyərək bir daha onlara səslənirəm:
Ümid sənədir ancaq,
Azərbaycan müəllimi!
Sərxan Carçı