BolgeXeber.Com » Analitika » Şahmar Abdullayev nazirə hər ay 30 min manat verir – ŞOK

Şahmar Abdullayev nazirə hər ay 30 min manat verir – ŞOK

30-09-2013, 15:00
Oxunub: 6 394 Bakı şəhərində ət kəsilən dükanlara nəzarət mövzusu daim gündəmdə olub. Ancaq vətəndaşların haradan keyfiyyətli ət məhsulu əldə edə biləcəyi sualı deyəsən bu sahəyə rəhbərlik edənləri maraqlandırmır. Əks halda ət kəsimindən hər ay külli miqdarda vəsait toplanması və bunun da müəyyən bir hissəsinin nazirə çatdırılması mümkün olmazdı.
Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev hər ay Kənd Təsərrüfatı naziri İsmət Abbasova 30 min manat pul verməsi barədə məlmatlar var. Bu məbləğ əsasən paytaxta fəaliyyət göstərən ət dükanlarından yığılır.
Məlumata görə, Bakı şəhərində kəsilən heyvanlar baytarlıq idarəsinin yoxlamasından keçirilmir. Baxmayaraq ki, paytaxtın hər rayonunda idarənin xüsusi bu işlə məşğul olan nümayəndələri var, satıcılara saxta sağlamlıq arayışı verilir və bunu müqabilində külli miqdarda pul yığılır.
Xəbəri Bizimxeber.az-a verən mənbənin sözlərinə görə, məhz bu yolla, yəni yoxlamadan kənar kəsilən heyvanlara görə, toplanan vəsaitdən hər ayın sonunda nazir İsmət Abbasova 30 min manat çatır.
Qeyd edək ki, Bakıya kəsilmək üçün heyvanlar əsasən Bərdə rayonundan gətirilir və onların da əksəriyyətində xəstəlik olur. Təəssüf ki, nəzarətin olmaması paytaxt sakinlərinin xəstə heyvan əti yeməsinə, Baytarlıq İdarəsi və nazirin isə varlanmasına səbəb olur.