BolgeXeber.Com » Analitika » Kərəm Həsənov “Şərab” zavodundakı çirkli pullar necə yuyulur

Kərəm Həsənov “Şərab” zavodundakı çirkli pullar necə yuyulur

30-09-2013, 15:55
Oxunub: 3 826 “Cəlilabad Şərab-2” ASC-nin əsası 1972-ci ildə qoyulmuş, 2007-ci ildə zavod xarici mütəxəssislər tərəfindən yenidən qurularaq, İtaliya və Fransadan gətirilmiş müasır avadanlıqlarla təchiz olunmuşdur. Verilən məlumata görə, yeni gətirilən və qurulan texnologiyalar imkan verir ki, saatda 10.000 ədəd şərab-araq məhsulları süzülsün. Ancaq ölkə rəhbərliyi qarşısında verilən vədlər puça çıxdı. Ölkə rəhbərliyinin məmur-sahibkar məsələsində nə dərəcədə ciddi olması hamıya bəllidir. Bu istiqamətdə verilən tapşırıqlar və göstərişlərin əksəriyyəti məmurların sahibkarlıqla məşqul olmasına qoyulan qadağanın göstəricisidir. Təəssüflər olsun ki, bəzi məmurlar bu qoyulan qadağaları tapdalayaraq birbaşa sahibkarlıqla məşqul olurlar. Elə redaqksiyamıza Cəlilabad rayonundan daxil olmuş ilginc məlumatlar da bir daha bunları təsdiq edir. Verilən məlumata görə, qazanılmış çirkli pullar birbaşa sahibkarlıq fəaliyyətinə yönəldilərək leqallaşdırılır. 110 milyondan artıq qiymətə hesabılanan Cəlilabad “Şərab” zavodunun fəaliyyəti yerli sahibkarları müflis etmişdir. Yerli sahibkarlardan birinin verdiyi məlumata görə, zavodun direktoru sayılan Xanlar və onun müavini Mustafa “xanlıq” iddiasına düşüblər. O da bildirilir ki, gününü “əyyaşlıqda ” keçirən direktor zavoda qəbul olunan malın pulunu mənimsəyərək sahıbkarlara atıb. İcraçı direktordan narazı qalan yerli sahibkarlar və Bakı şəhərində işbazların qurbanına çevrilənlənlər Prezident Adminstrasiyasının qarşısına toplaşacaqları bildirilir. Qeyd bedək ki, məlumata görə Xanlar müəllimin Kərəm Həsənova da “kəf” gəldiyi verilən məlumatlar sırasındadır. Mətbuat Haqqında qanuna müvafiq olaraq qarşı tərəfin məsələyə münasibətini öyrənməyə çalışsaq da, bu cəhdlərimiz uğursuzluqla nəticələndi. Bizim isə jurnalist araşdırmalarımız davam edir. (Xanlar müəllimin Fərhad Əliyevlə olan əlaqələrini isə araşdırdıqdan sonra təqdim edəcəyik). Qarşı tərəf fikir bildirməkdə sərbəstdir.
Arif