BolgeXeber.Com » Analitika » İqtisad Universitetində nə baş verir?!

İqtisad Universitetində nə baş verir?!

30-09-2013, 15:55
Oxunub: 4 384 Şəmsəddin Hacıyev «dövlətçilik düşmənləri» ilə birlikdə yazdığı dərslik xalqı iqtidara qarşı çıxarır
İqtisad Universitetində nə baş verir?!
Azərbaycan Dövlət İqtisad Universitetində baş verən qanun pozuntuları barədə saytımızda dəfələrlə məlumat vermişik. Xatırlatmaq istəyirik ki, sözügedən qanun pozuntularında adıçəkilən təhsil ocağının rektoru, deputat Şəmsəddin Hacıyevin xüsusi rolu var.
Əməkdaşlarımızın bu istiqamətdə araşdırmalar zamanı əldə etdiyi məlumata görə, ciddi çatışmazlıqların və nöqsanların aşkarlandığı məsələlərdən biri də universitetdə tədris olunan dərsliklərlə bağlıdır. Söhbət isə Şəmsəddin Hacıyevin elmi redaktoru olduğu bəzi dərsliklərdə istifadə olunan materiallardan və həmin materialların müəlliflərindən gedir. Həmin müəlliflər arasında Azərbaycanın ümumxalq və dövlətçilik maraqlarına zidd fəaliyyətlərlə və qanunsuz əməllərlə məşğul olanlar da, Ş Hacıyev kimi müvafiuq vəzifə tutaraq vaxt gözləyir ki, hazırki iqtidar devrilsin. Buna subut 2005- ci illəri nümunə gətirmək yetər. Bu səbəbdən də Ş. Hacıyevin rəhbəri olduğu təhsil ocağında təhsil alan tələbələr milli şuranın mitinqlərində fəal iştirak edir və rədd olsun İQTİDAR deyir. Dediyimiz kimi bütün bu olanların başında məhz Şəmsəddin Hacıyev durur. Biz Azerinews.info xəbər portalı olaraq dəfələrlə dövlətçiliyə qarşı əl uzadanlarla açıq şəkildə mübarızə aparmışıq bundan sonrada bu savaşı davam etdirəcəyik.
Azerinews. info-ya daxil olan məlumatlarda qeyd olunur ki, Şəmsəddin Hacıyevin parlamasında sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin müstəsna xidmətləri olub. Belə ki, İİN-in həmin zamanlar həyata keçirdiyi layihələrdə mütəxəssis kimi iştirak edən deputat rektor keçmiş nazirin etimadını qazanmağı bacarır. Daha sonra isə onunla daha yaxın münasibətlər quraraq, dostluğunu dərinləşdirir. Qısa müddətdən sonra məhz Fərhad Əliyevin təqdimatı ilə Şəmsəddin Hacıyev rektor təyin olunur. Elə həmin vaxtdan da o, indiki vəzifəsində qalmağı bacarır.
Azerinews.info-ya verilən digər maraqlı məqamlardan biri də , Şəmsəddin Hacıyev sonradan Fərhad Əliyevlə münasibətlərini inkar edib. Hətta onun qarşısına keçmiş nazirlə birlikdə çəkdirdiyi fotoşəkillər qoyulsa da, onların fotomontaj olduğunu deyib. Amma bütün bunlara baxmayaraq, onun bü gün də keçmiş nazirin ailəsinə yardım etdiyinə dair məlumatlar var.
Qeyd edək ki, Şəmsəddin Hacıyev haqqında olduqca maraqlı məlumatlar da var. Həmin məlumatlar onun rəhbərlik etdiyi universitetdə cərəyan edən siyasi proseslərlə bağlıdır...Bizi izləyin

ANONS:
- ADİU-da laborant vəzifəsində çalışan, lakin özünü rektor kimi aparan «xanımla Ş.Hacıyevin görünməyən tərəfləri»?
- Universitetdə qiyabiçilərlə bağlı hansı maxinasiyalar həyata keçirilir?
- Əslən, Naxçıvan və Qərbi Azərbaycandan olan müəllimlər niyə diskrimansiyaya uğrayırlar?
- ADİU-də tədris olunan dərsliklər barədə çox ciddi faktlar bir müəllimin diliylə?...
Bu və digər maraqlı məlumatları yaxın günlərdə bizdən oxuyun…

Azerinews.info