BolgeXeber.Com » Analitika » Abşeron məktəbində 1-ci növbə alveri

Abşeron məktəbində 1-ci növbə alveri

1-10-2013, 11:15
Oxunub: 3 880 1-3-cü sinif şagirdlərindən birinci növbədə dərs almaq üçün rüşvət toplanır

Abşeron Təhsil İdarəsi ilə bağlı şikayətlərina ardı-arası kəsilmir. Yeni təhsil ilinin başlanması ilə bərabər abşeronlu valideynlər yeni prolemlərlə üzləşiblər. Belə ki, Abşeron məktəblərində uşaqlarını məktəbə gətirən valideynlər yeni rüşvət nümunələri ilə üzləşiblər. Abşeron rayon Təhsil Şöbəsinin rəisi Nadir Ağayevin tapşırığı ilə alındığı iddia olunan rüşvətlərin həddi-hesabı yoxdur.

Redaksiyamıza şikayət edən rayon sakinlərinin sözlərinə görə, Mehdiabadda durum daha acınacaqlıdır. Belə ki, Abşeron rayonu Mehdiabad 1 saylı məktəbdə 1-3-cü sinif şagirdlərindən birinci növbədə dərs almaq üçün belə rüşvət toplanır. Valideynlərdən 50 manatın tələb olunduğu məktəbin direktorunun Sənan Babayevin heç kimi dinləmək istəmədiyi vurğulanır.

Nadir Ağayevin yaxın adamı olan bu şəxsin “haqq” ödəməyən uşaqları 1-ci növbədən çıxararaq, 2 və 3-cü növbələrə atdığı vurğulanır.

Direktorun sinif müəllimələri vasitəsi ilə bu özbaşınalığı etdiyi qeyd olunur.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.