BolgeXeber.Com » Analitika » ASC prezidenti haqqında yeni şok faktlar

ASC prezidenti haqqında yeni şok faktlar

23-10-2013, 15:05
Oxunub: 4 021 Nazirlər Kabinetinin heyətinin dəyişdiyi bir ərəfədə bir sıra məmurların da vəzifələrini itirəcəyi haqda məlumatlar yayılmaqdadır. Onlardan biri də «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovdur. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanov özünü elə bir çətin situasiyaya salıb ki, hətta dünənə qədər onu müdafiə edən qüvvələr də arxasından çəkiliblər.

Mənbənin redaksiyamıza söylədiyinə görə, ASC prezidenti bu günlərdə hətta istintaqa da dəvət edilib. Onun hansı ittihamla, hansı istintaq işinə və hansı statusda cəlb olunması barədə dəqiq məlumatlar ala bilməsək də, əldə etdiyimiz digər faktları nəzərinizə çatdırırıq.

Mənbəmiz bildirir: «Cavid Qurbanov istintaqa çağrılıb. Bu faktdır. Lakin hələlik gözləmə mövqeyi olduğundan, onunla bağlı qəti qərar verilmir. Özünü çox çətin vəziyyətə salıb. Hətta həbsi belə mümkündür. Çünki bütün baş verənlər onun əleyhinədir. Hazırda həbsdə olan tanınmış bir sima da Cavid Qurbanovun əleyhinə ciddi faktları açıqlayıb».

Mənbəmiz bildirir ki, ASC prezidentinin əsas ilişəcəyi nöqtə isə onun İranın xüsusi xidmət orqanları ilə əlaqələridir: «Cavid Qurbanovun sürücüsü, İran xəfiyyəsinin Bakıdakı etibarlı tərəfdaşı olan Mahir Lənkərani hələ də gizlənir. Onun gizlənməsində də Cavid Qurbanov iştirakçıdır. Bu əlaqələri səbəbindən ASC prezidenti çox ciddi ittihamların hədəfinə çevrilə bilər. Ölkənin hüquq-mühafizə orqanları bu gün Cavid Qurbanovla bağlı çox ciddi faktlara malik olsalar da, sanki hansısa sirli əl sözügedən istiqamətdə addımın atılmasını əngəlləyir».

Mənbəmiz bildirir ki, Cavid Qurbanovun sürücüsü olmuş Mahir Lənkəraninin son 10 ayda Azərbaycana gizli yolla 3 dəfə səfər etməsi faktı əslində ciddi bir hadisədir: «Bu, əslində dövlətin təhlükəsizliyinə təhdid hesab olunur. Necə ola bilər, axtarışda olan bir şəxs gizli yolla Azərbaycana gətirilir. Bu işdə də Cavid Qurbanovun iştirakçı olması heç şübhəsizdir. Və hətta bu işdə Cavid Qurbanovun Xaçmazda vəzifə başında olan qardaşının da yetərincə iştirakı var. Belə bir şəraitdə Cavid Qurbanovdan Mahir Lənkəraninin yeri soruşulmalıdır».

Mənbəmizə görə, məhz bu kimi qaranlıq bir pozisiyada olan Cavid Qurbanov gözlənilən növbəti kadr islahatlarının bəlkə də ilk qurbanlarından biri olacaq: «Onun müdafiəçilərinin dövləti bir cinayət işlətmiş şəxsi necəsə müdafiə edəcəkləri ağlabatan deyil».

ZƏRURİ QEYD: Redaksiyamıza Cavid Qurbanovla şok faktlar daxil olub. Onun yaxın adamlarından birinin İrandan gəlmə şəxslərlə ortaq şəkildə işlətdikləri obyektlərin siyahısını və daha ilginc faktları əldə etmişik. Həmin məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Qarşı tərəfi də dinləməyə hazırıq…
Dia.az