BolgeXeber.Com » Ölkə » Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO

Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO

1-05-2015, 19:14
Oxunub: 7 599 Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO1 may 2015-ci il tarixdə Bərdə şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin konfrans zalında YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, rayon Gənclər və idman idarəsinin və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin birgə təşkilatçılığı ilə II Dünya müharibəsi veteranları ilə görüş keçirilib

BOLGEXEBER.COM xəbər verir ki, tədbir alman faşizmi üzərində qələbinin 70 illiyinə həsr edilmişdir. Tədbirdən öncə veteranlar və gənclər Qəhrəmanlar parkında “ Ana abidəsi” önünə qərənfil dəstələri qoyublar. Tədbiri giriş sözü ilə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xaləddin Ələkbərov açaraq veteranları qarşıdan gələn bayram günü münasibətilə təbrik edib.

II Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edimiş, Dövlət himni səslənib.

Daha sonra Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbə-gənclər təşkilatının sədri Sənan Təhməzzadə çıxış edərək həmvətənlərimizin II Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların böyüməkdə olan gənc nəslə bir örnək olmasından, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzzis rolundan danışıblar.

YAP Bərdə rayon təşkilatı Gənclər birliyinin sədri Fərid Fərzəliyev, Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Əsli Süleymanova II Dünya müharibəsi barədə tarixi faktlardan, azərbaycan gənclərinin göstərdikləri igidliklərdən və ölkəmizin bu müharibədə qələbəyə verdiyi əvəzolunmaz tövhələrdən danışmışlar. Sonra II dünya müharibəsi veteranı Əjdər Məmmədov keçdiyi şanlı döyüş yolundan danışmış və veteranlar adından tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Müharibə veteranlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Rəsmi hissədən sonra tədbir iştirakçılarına şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivinin birgə hazırladıqları musiqi nömrələri təqdim olunub.

Tədbir çay və şirniyyat süfrəsi arxasında davam etdirilib.
BOLGEXEBER.COM
Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO
Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO
Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO
Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO
Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO
Bərdədə II Dünya müharibəsi veteranları ilə görüş keçirildi-FOTO