Cahangir Hacıyevin klubunda maliyyə problemi - AÇIQLAMA
2-05-2015, 16:03
Oxunub: 5 133
Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyevin klubunda maliyyə problem yaranıb
BOLGEXEBER.COM bildirir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, “İnter”də iclas keçirilib və futbolçulara “pul yoxdur” deyilib.
Rəhbərlik təkcə futbolçulara yox, klubun bütün işçilərinə hələlik maaşların verilməyəcəyini xəbər edib. İki aydı pul üzü görməyən komanda üzvlərinə maaşların ən yaxşı halda mayın sonlarında, yəni mövsüm bitdikdən sonra verilə biləcəyi xatırladılıb.
Verilən qərara görə, klubun büdcəsi xeyli azaldılacaq, futbolçular indikindən qat-qat az maaşa oynayacaqlar. Oyunçulara artıq yeni müqavilə də təklif edilib. Ancaq burda qalmaq istəyirlərsə, az pula oynamağa razılıq verməlidilər. Buna isə əksər oyunçular razı deyil. Komanda heyətinin, demək olar, 90 faizinin müqaviləsi mayda başa çatacaq.
Yüksək ödənişli yerli və əcnəbi futbolçularla yollarını ayıracaq “İnter” gələn mövsüm hədəfini kiçildərək, əsasən, yerli gənclərə üstünlük verəcək. Mövsümün sonunda Kaxaber Sxadadze ilə də yollarını ayıracaq “İnter”də bu posta yerli mütəxəssisin gətiriləcəyi artıq dəqiqləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da sayta açıqlamasında bu məlumatların bir qismini təsdiqləyib: “Klubda maliyyə problemi var, bunu gizlətmirəm. Mart və aprel ayının maaşları ödənilməyib. Lakin rəhbərlik mövsümün sonuna qədər bu problemi yoluna qoyacaq. O ki qaldı heyətdə islahatların aparılmasına, bəli, klub prezidenti də müəyyən dəyişikliklərin olacağını demişdi”.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər