BolgeXeber.Com » Ölkə » "Angel" xəz dəri qalereyasında müştərilərə necə fırıldaq gəlirlər

"Angel" xəz dəri qalereyasında müştərilərə necə fırıldaq gəlirlər

3-05-2015, 09:23
Oxunub: 3 577 "Angel" xəz dəri qalereyasında müştərilərə necə fırıldaq gəlirlərQalereyanın sahibləri Çinin ucuz xəzini baha qiymətə müştəriyə sırımaq üçün işlərini əvvəldən möhkəm tuturlar

Bu gün paytaxtda kifayət qədər xəz dəri qalereyası fəaliyyət göstərir. Onlardan biri də "Angel" xəz dəri qalereyasıdır. Buradan alış-veriş edən şəxslər növbəti dəfə bura girmək istəmirlər. Səbəb isə sadədir. Belə ki, "Angel” xəz dəri qalereyasında satılan xəzlərin həddindən artıq keyfiyyətsiz olduğunu deyirlər. Buradan alınan xəzlər öz xüsusiyyətlərini tez bir zamanda itirir.

Verilən məlumata görə, Bakıda tanınan və efirdə tez-tez reklam olunan "Karolina Valiant", "Angel" xəz qalereyası mallarını sata bilmir. Son aylar ticarət mərkəzlərində yaranmış durğunluq, müştəri qıtlığı xəz-dəri mağazalarında daha dərin şəkildə özünü büruzə verir.

Qeyd edək ki, son illər xəz-dəri Azərbaycan qadınının daha çox üstünlük verdiyi geyim növünə çevrilib. Sayı gündən-günə artan xəz-dəri mağazaları da qadınların bu zövqünü nəzərə alıb, onları kreditlə, müxtəlif endirimlərlə cəlb etməyə çalışır. Lakin "Angel" xəz dəri qalereyasında Çin istehsalı olan məhsulların italyan brendi altında müştərilərə sırındığı bildirilir.

Təbii xəzlərə, su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə oxşadılan parça süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılıb. Süni xəz əsasdan və xovdan ibarət olur. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan istifadə edilir. Xov üçün isə müxtəlif monosaplardan, poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir. Buna görə də süni və təbii xəzləri bir-birindən ayırmaq alıcılar üçün çətin olur. Təbii xəzi süni, keyfiyyətsiz xəzdən fərqləndirən xüsusiyyəti onun istifadə olunduqca əvvəlki görkəmini saxlamasıdır. "Angel"dən alınan məhsullar isə öz ilkin görkəmini və xüsusiyyətlərini tez bir zamanda itirir. Bunun üçün qışda iki dəfə güclü qarın və yağışların yağması kifayətdir. Yəni əslində "Angel" xəz qalereyasının möhtəşəm fırıldağının əsas "sığortaçısı" Azərbaycanın iqlim şəraitidir. Uzun illərdir Qərbi Avropa ölkələri və Rusiya ilə müqayisədə ölkəmizdə qış kifayət qədər mülayim keçdiyindən, Çin istehsalı olan xəz-dəri məmulatları öz keyfiyyətlərini nisbətən qoruya bilirdi. Bu da bazarın işbazlarını arxayınlaşdırırdı. Son iki ildə soyuq hava şəraiti Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün əsl imtahana çevrilib. Burdan alınan xəzlərin əksəriyyəti keyfiyyətsiz çıxıb. Müştərilər baha qiymətə aldıqları şubaları geri qaytarmaq istəsələr də, "Angel" xəz qalereyasının rəhbərliyi bununla razılaşmayıb. Hətta bəzi alıcılarla qalereyanın sahibi arasında mübahisə belə baş verib. Qalereyada satışa çıxarılan malların əsl qiymətləri endirim kampaniyaları zamanı ortaya çıxır. Belə ki, mağazanın rəhbərliyi saxta endirim kampaniyası ilə müştəri yığmağa çalışır. Halbuki, "endirim" tətbiq olunan şubaların qiyməti alıcılara elə əvvəlki qiymətə təklif edilir". Qalereyanın sahibləri Çinin ucuz xəzini baha qiymətə müştəriyə sırımaq üçün işlərini əvvəldən möhkəm tuturlar: "Məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır. Bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə kürklərin tükü tökülməyə və məhsulun daxili hissəsində fəsadlar yaranmağa başlayır". Araşdırmalarımız zamanı o da məlum oldu ki, "Angel" xəz-dəri qalereyasının 10-15 min AZN-ə müştərilərə təqdim etdiyi geyimlər, əslində, Çindən 3-5 min dollara alınaraq ölkəyə gətirilib. Sonda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məsul şəxslərindən vətəndaşlara orijinal olmayan məhsulları satan qalereyada yoxlama aparmalarını xahiş edirik.