BolgeXeber.Com » Ölkə » Azərbaycanda Yeni il qeyd edilir

Azərbaycanda Yeni il qeyd edilir

1-01-2016, 09:59
Oxunub: 2 722 Azərbaycanda Yeni il qeyd edilir5 gün qeyri-iş günüdür

Azərbaycanda Yeni il qeyd edilir.

Bolgexeber.com xəbər verir ki, Yanvar ayı (latınca “Yanvarus”) qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib.

Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsanın doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.

Keçmiş Sovetlər İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, indi bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır. 1 Yanvar həm də istirahət günü sayılır.

Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim fəaliyyət göstərir və 1 Yanvar istirahət günü kimi qeyd olunur.

2006-cı ildən isə 1-2 yanvar bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.

Bu il Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.