BolgeXeber.Com » Ölkə » İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə yeni səlahiyyət verilir - Dəyişiklik
İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə yeni səlahiyyət verilir - Dəyişiklik
9-06-2016, 12:07
Oxunub: 2 923
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox olmayan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsi ilə bağlı müqavilələri və etibarnamələri təsdiq edəcəklər
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Notariat haqqında" qanuna dəyişikliyin edilməsi təklif edilir.
Yeni dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin 2 ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edəcəklər.
Qeyd edək ki, bəzi inzibati ərazi vahidlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yaxın notariat kontorlarının olmaması səbəbindən həmin yerlərdə yaşayan sakinlər məşğul olduqları kənd təsərrüfatı fəaliyyəti və torpaq sahələri ilə bağlı bır sıra notarial xidmətlərdən istifadə edə bilmirlər. Yeni dəyişikliklərin edilməsində də məqsəd sakinlərin həmin xidmətlərdən istifadə edə bilməsi üçün şəraitin yaradılmasıdır.
Xatırladaq ki, sözügedən qanun layihələri Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes