BolgeXeber.Com » Müsahibə-Reportaj » "İran ətrafındakı gərginlik Qafqaza zərər verir"

"İran ətrafındakı gərginlik Qafqaza zərər verir"

18-09-2012, 10:15
Oxunub: 4 438 Cef Qoldsteyn: "Artan gərginliyin irimiqyaslı konfliktə gətirib çıxarma ehtimalı var"

"Aydın məsələdir ki, İran ətrafında gərginlik Cənubi Qafqaz ölkələri üçün xarici siyasət tənliyini mürəkkəbləşdirir. Bu xüsusilə də İran, ABŞ və Aİ ölkələri ilə yaxşı münasibətlər qurmağa can atan Ermənistana aiddir. Qərb və İran arasında münasibətlər pisləşdikcə, bu ikisi arasında əzilən Ermənistan üçün daha çətin olur". Bolgexeber.com melumat verir ki, bu sözləri Açıq Cəmiyyət Fondlarının Vaşinqton ofisinin Avropa üzrə baş siyasi analitiki Cef Qoldsteyn deyib.
O bildirib ki, Cənubi Qafqazda müharibənin canlanması Ermənistanın, Azərbaycanın və Gürcüstanın maraqlarında deyil. "Artan gərginliyin irimiqyaslı konfliktə gətirib çıxarma ehtimalı olmasına baxmayaraq, ümid edirəm ki, regional hökumətlər bundan yayınmaq üçün kifayət qədər səbir nümayiş etdirəcəklər".
Qarabağ münaqişəsində Rusiyanın vasitəçiliyi barədə danışan Qoldsteyn bilrib ki, Putinin beynində nəyin olduğunu bilmir. "Lakin iki dəfə prezident olduğu müddətdə o, tez-tez Ermənistan və Azərbaycan prezidentləri ilə görüşürdü və ehtimal edirəm ki, o, bu fəaliyyətini davam etdirəcək".