BolgeXeber.Com » Müsahibə-Reportaj » İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

18-09-2012, 11:10
Oxunub: 4 058 Aksiyada Azərbaycan dili məsələsi qaldırılacaq

Sentyabrın 22-də İranın Türkiyədəki (Ankara) səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək. Aksiya yerli vaxtla saat 11:30-da başlayacaq. Piket iştirakçıları Kuğulu parkından səfirlik binasının qarşısınadək yürüş keçirəcəklər.
Onlar İranda Azərbaycan dilində təhsilə qadağa qoyulmasına etirazlarını bildirəcəklər. Aksiyada Turkiyədə mühacirətdə yaşayan, əslən İrandan olan azərbaycanlılarla yanaşı, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan mənşəli Türkiyə vətəndaşları və yerli sakinlər də iştirak edəcək.
Qeyd edək ki, 22 sentyabr, yəni 1 mehr İranda yeni dərs ili başlayır.