BolgeXeber.Com » Müsahibə-Reportaj » Gülər Əhmədovanın rüşvət videosuna rəsmi reaksiyalar

Gülər Əhmədovanın rüşvət videosuna rəsmi reaksiyalar

26-09-2012, 11:30
Oxunub: 4 404 «Gülər Əhmədova ilə bağlı yayılan video haqqında heç nə deyə bilmərəm. Öz problemləridir, özləri də aydınlaşdırsınlar».

Bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

S.Novruzov əlavə edib ki, baş verənlərə iki vətəndaş arasında baş verən münasibətlər kimi yanaşır: «Gülər Əhmədova və Elşad Abdullayev dövlət başçısı və ya yüksək vəzifəli şəxslər deyillər ki, mən onların hərəkətlərinə münasibət bildirim. Özləri bilərlər, gedib problemlərini özləri araşdırsınlar».

YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə videoya baxmadığı üçün heç bir münasibət bildiriə bilməyəcəyini deyil.

YAP icra katibinin digər müavini Mübariz Qurbanlı isə sualımızı eşidən kimi telefonu qapatdı. /simsar.az/