BolgeXeber.Com » Müsahibə-Reportaj » Sankt-Peterburqda iki azərbaycanlı güllələndi

Sankt-Peterburqda iki azərbaycanlı güllələndi

9-10-2012, 08:10
Oxunub: 4 498 Sərxoş kişi ər-arvada atəş açıb

Oktyabrın 6-da saat 22:00 radələrində Rusiyanın Sankt-Peterburq şəhərinin “Obuxovskaya oborona” prospekti, 269-cu bina, 2-ci korpusun giriş qapısında naməlum cinayətkar ov tüfəngindən mənzilə daxil olan ər və arvada – 40 yaşlı kişiyə və 30 yaşlı qadına tərəf taxta giriş qapısından atəş açıb.
Məlumatı Rusiyanın hüquq-mühafizə orqanları yayıb.Məlumata əsasən, cütlük həmin mənzildə kirayə yaşayır. Onlara atəş açan şəxs qaçıb gizlənib. Zərərçəkən ər və arvad çoxsaylı güllə yaraları ilə Aleksandrovskaya xəstəxanasına çatdırılıb, hal-hazırda onların vəziyyəti qənaətbəxşdir.
Son məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Həmin şəxs də onlarla eyni prospektdə yaşayır, tütün şirkətində elektron mühəndisi işləyir, 29 yaşı var.
Mühəndisin mənzilində aparılan axtarış zamanı bütöv “ovçu” anbarı - qeydiyyatı olmayan “Sayqa” ov tüfəngi, “Makarıç” tipli travmatik tapança, dörd tüstülü və tüstüsüz ov barıtı bankası, üç quru duru barıt qutusu, azot turşulu kalium qutuları, kalium nitrat turşusu, ammonyak məhlulu, hidroperid, digər kimyəvi maddələr, metal kürəcik paketləri, laboratoriya qabları aşkar edilib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş İdarəsinin Peterburq və Leninqrad vilayətləri üzrə Daxili İşlər İdarəsindən (Dİİ) verilən məlumata görə, atəş açan şəxs cinayəti törətdikdən 20 dəqiqə sonra saxlanılıb. “Sərxoş vəziyyətdə olan sözügedən şəxs dələduzluq məqsədi ilə münaqişə zamanı tanışlarının yaşadığı mənzillərdən birinin qapısına qoşalülədən atəş açıb”.
Bir versiyaya görə, münaqişə milli zəmində baş verib. Şübhəli şəxs 32-ci polis bölməsinə çatdırılıb. Cinayət işi açılıb. İstintaq gedir.