BolgeXeber.Com » Media » Bakıda qəzet redaksiyası yarıldı

Bakıda qəzet redaksiyası yarıldı

5-07-2012, 15:40
Oxunub: 3 712 Bakının Yasamal rayonunda oğurlrq hadisəsi baş verib

“Stylelines” firmasının pəncərəsini kəsib girən cinayətkarlar firmanın ofissindən pul və orq texnika götürüblər. Cinayətkarlar bu firma ilə daxildən eyni qapını paylaşan “ Tərəf qəzeti” informasiya agentliyinin qapısını sındıraraq oradan bir ədəd “ Dell” firmasının noutbukunu aparıblar. “STYLELİNES” firmasının direktoru Lalə Ağagülovanın verdiyi məlumata görə ofissdən 2000 min manat pul və bir ədəd noutbuk aparılıb. Bu barədə məlumat «Tərəf» qəzetinin redaksiyasından GUNDEMİNFO.AZ-a verilib.

Qeyd edək ki, eyni üsulla bir qədər əvvəl “ Azər- Türk” qadınlar birliyinin sədrinin ofisidə qarət olunmuşdu. Cinayətlərin çox oxşar olduğunu nəzərə alsaq bunun eyni dəstə tərəfindən yerinə yetirrildiyi qənaətinə gəlmək olar. Ən qəribəsi budur ki, bu qədər peşəkarlıqla ofislərə girən cinayətkarlar bahalı orq texnikaya tamah salmayaraq pul və noutbukları aparıblar.

Təcili hadisə yerinə gələn polis bu analoji oğurluqların bir neçə yerdə baş verdiyini təsdiqləyib. Və cinayətlərin üstünün açılacağına əmin olduğunu dedi.