BolgeXeber.Com » Media » Qəzetlərə maliyyə yardımı ayrıldı - Siyahı

Qəzetlərə maliyyə yardımı ayrıldı - Siyahı

30-06-2012, 11:55
Oxunub: 3 338 İyunun 29-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində 2012-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsinin dayandığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyunun 7-dən 27-dək Fonda, 30 qəzetin layihə təklifi ilə müraciət etdiyini deyib.

Vüqar Səfərli Fondun ekspertlərinin 2012-ci ilin I yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu da Şura üzvlərinin diqqətinə çatdırıb. O eyni zamanda bəzi qəzetlərin müsabiqəyə saxta sənədlərin təqdim etdiyini və gələcəkdə bununla bağlı qaydaların sərtləşdirilməsi zərurəti yarandığını bildirib.

Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə verilib. Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bundan əvvəlki layihələrin icrasında yol verilən qüsurların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar. Şura üzvləri qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər də səsləndiriblər.

Müzakirələrin yekunu olaraq son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılıb.

Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 29 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə bu ilin oktyabr və noyabr aylarında “İctimai nümayişlərdə KİV əməkdaşlarının təhlükəsizliyi” və “Jurnalistlərin hökumətin malik olduğu informasiyaya çıxışı” mövzusunda keçirilməsi nəzərdə tutulan seminarlarla bağlı məsələ də müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən Şura üzvləri adı çəkilən mövzularla əlaqədar seminarların təşkil edilməsini vacib sayıblar. Sonda Fond tərəfindən sözü gedən tədbirlərin dəstəkləməsi barədə qərar qəbul edilib.

KİVDF-nin 2012-ci ilin II yarısında maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı.

1. “Yeni Azərbaycan” qəzeti- 50 000
2. “Səs” qəzeti- 50 000
3. “Kaspi” qəzeti - 50 000
4. “Mövqe” qəzeti – 50 000
5. “Ədalət” qəzeti – 50 000
6. “Ayna-Zerkalo” qəzeti – 50 000
7. “525-ci” qəzet – 50 000
8. “Bakı-Xəbər” qəzeti- 50 000
9.”Yeni Müsavat” qəzeti – 50 000
10. “Olaylar” qəzeti- 50 000
11. “Ekspress” qəzeti 40 000
12. “Paritet” qəzeti- 30 000
13. “Palitra” qəzeti- 30 000
14. “Azadlıq” qəzeti- 30 000
15. “Paralel” qəzeti- 30 000
16. “Həftə İçi” qəzeti- 30 000
17.”Azad Azərbaycan” qəzeti- 30 000
18.”Şərq” qəzeti- 30 000
19. “Xalq Cəbhəsi” qəzeti – 30 000
20.”Futbol+Qol” qəzeti – 30 000
21. “Üç Nöqtə” qəzeti- 20 000
22. “Novoye Vremya” qəzeti- 20 000
23 . “Olimpiya Dünyası”qəzeti- 15 000
24. “Oxu Məni” qəzeti- 10 000
25. “Azernews” qəzeti- 10 000
26. “Reytinq” qəzeti- 8 000
27. “Təhsil Problemləri” qəzeti- 5 000
28. “The Business Times” qəzeti- 5 000
29.”Bütöv Azərbaycan” qəzeti- 5 000