BolgeXeber.Com » Media » Prezident Elçibəyin qardaşına ev verib

Prezident Elçibəyin qardaşına ev verib

20-07-2012, 16:30
Oxunub: 3 485 Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev "Gündəlik Teleqraf" qəzetinə açıqlama verib.

O, qardaşının ailəsinin mühafizə, maşın və maaşla təmin olunub-olunmaması haqda heç nə bilmədiyini deyib. "Məndə olan xəbərə görə, Əbülfəz Elçibəyin ailəsinə qanunla bağlı heç nə deyilməyib. Bəlkə də deyiblər, mənim xəbərim yoxdu. Bu işlərlə daha çox Aqil məşğul olur" - deyə A.Əliyev bildirib.

Sonra o əlavə edib ki, prezident Yasamal rayonu ərazisində ona 120 kvadratmetr sahəsi olan 3 otaqlı ev verib.

"Həzarda təmir gedir. Bir az da pul veriblər deyə təmir aparıram. Təmirin başa çatmasına lap az qalıb"- deyə eks prezidentin qardaşı bildirib.