BolgeXeber.Com » Media » ATV-nin işçiləri zəhərləndi

ATV-nin işçiləri zəhərləndi

26-07-2012, 13:05
Oxunub: 3 862 Əməkdaşlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, ötən gün günorta saatlarında ATV kanalının 20-23 yaşlarında 3 əməkdaşının zəhərlənməsi barədə təcili yardıma müraciət olunub.

Telekanala təcili tibbi yardım həkimləri çağırılıb. Onlara ilkin tibbi yardım göstərilib və əməkdaşlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Onların dönərdən zəhərləndiyi məlum olub.