BolgeXeber.Com » Xəbərlər » Heydər Babayevin şirkəti fəaliyyətini dayandırır- Bakı Biskvit Fabriki aylardır işçilərə maaş verə bilmir

Heydər Babayevin şirkəti fəaliyyətini dayandırır- Bakı Biskvit Fabriki aylardır işçilərə maaş verə bilmir

26-05-2015, 17:13
Oxunub: 22 740 Heydər Babayevin şirkəti fəaliyyətini dayandırır- Bakı Biskvit Fabriki aylardır işçilərə maaş verə bilmirKeçmiş nazir maliyyə böhranı ilə üz-üzə

Azərbaycanda daha bir şirkət öz fəaliyyətini dayandıra bilər. Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevə məxsus olduğu deyilən Bakı Biskvit Fabriki aylardır işçilərə maaş verə bilmir. Ölkənin qənnadı sektorunda lider mövqedə olan şirkətin işçilərə "Sizə maaş verə bilmirik, yollarımızı ayırmaq zamanı çatdı" dediyi də söylənilənlər arasındadır.

Bununla bağlı informasiyanı Editor.az-a Bakı Biskvit Fabrikində çalışan işçilər veriblər.Heydər Babayevin şirkəti fəaliyyətini dayandırır- Bakı Biskvit Fabriki aylardır işçilərə maaş verə bilmir

Onlar bildiriblər ki, şirkətdə istehsal prosesi faktiki olaraq dayanıb:

"Bizim şirkət "Bank Standart"ın vəsaitləri hesabına ayaqda qalırdı. Baxmayaraq ki, bizim fabrik ölkədə ən böyük qənnadı məhsulları istehsalçısı idi, rəhbərlik hər dəfə dotasiyalar hesabına şirkəti ayaqda saxladıqlarını deyirdi. İndi digər banklarda olduğu kimi, "Bank Standart"da da devalyasiyadan sonra böhran yaşandığı, bu səbəbdən fabrikə pul ayıra bilmədiyi iddia olunur. Artıq yüzlərlə işçiyə xəbərdarlıq olunub. Açıq şəkildə deyilib ki, "Sizi saxlaya bilmirik, şələ-şülənizi yığın, gedin"".

Editor.az məsələyə Bakı Biskvit Fabrikindən münasibət öyrənmək istəsə də, onlarla əlaqə yarada bilməyib.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik...
BOLGEXEBER.COM