BolgeXeber.Com » Xəbərlər » İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması - Fotofakt (18+)
İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının şok yazışması - Fotofakt (18+)
26-05-2015, 17:04
Oxunub: 12 295
"Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən dəyəri 335 min manat iki mənzilinin mənimsəndiyini bildirən iş adamı Elşad Məmmədov sensasion iddia ilə çıxış edib
Avropa.info-ya açıqlama verən Elşad Məmmədov hazırda Avropada yaşadığını və Hacı İbrahim Nehrəmlinin kiçik qardaşı , ATV -nin keçmiş vitse prezidenti Natiq İbrahim tərəfindən hədələndiyini bildirib.
Elşad Məmmədov Natiq İbrahimin Facebook vasitəsi ilə ona hədə mesajları göndərdiyini və məsələylə əlaqədar Daxili İşlər naziri Ramil Usubova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edəcəyini deyib.
Elşad Məmmədov Natiq İbrahimlə aralarında olan yazışmanın skrenşotunu da Avropa.info-ya göndərib.
Həmin yazışmadakı təhqiramiz ifadələrə görə, oxuculardan üzr istıyirik.
Qeyd edək ki, Elşad Məmmədov Hacı İbrahim Nehrəmliyə məxsus "Həsən 96" şirkətindən ümummi dəyəri 335 min manat olan iki mənzil alıb. Lakin, həmin mənzillərə sahiblənə bilməyib. Dəfələrlə məhkəmə prosesləri olsa da, iş adamı mənzillərini İbrahim Nehrəmlidən ala bilməyib.
Xatırladaq ki, Hacı İbrahim Nehrəmlinin kredit borclarına görə müflis olduğy deyilir. Onun "Bandotdel" tərəfindən həbs edildiyi və hazırda həbsdə olduğu bildirilir. Dünən açıqlama verən İbrahim Nehrəmlinin qardaşı Natiq İbrahim isə bu məsələlərə qarışmadığını demişdi.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər