BolgeXeber.Com » Xəbərlər » Bakıda xanım prodüsseri döyən idmançı kimdir? - FOTOLAR

Bakıda xanım prodüsseri döyən idmançı kimdir? - FOTOLAR

29-05-2015, 15:52
Oxunub: 5 857 Bakıda xanım prodüsseri döyən idmançı kimdir? - FOTOLARBakının məşhur karaoke klubunda qızları döyən idmançı barəsində müxtəlif xəbərlər yayılmaqdadır

Axar.az xəbər verir ki, "Famous" klubunda prodüsser Diana Babayeva və rəfiqəsi Elvina Əliyeva İsa Əzizov adlı gəncin hücumuna məruz qalıblar. İ.Əzizov onunla ünsiyyət qurmaqdan imtina edən qızlara qəzəblənərək əzələsini “nümayiş etdirmək” istəyib. E.Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.
Hazırda hələ də polisdən gizlənən idmançının barəsində xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb. Bundan əlavə, İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var.
Yayılan xəbərlərdə o da qeyd olunur ki, o, kikboksinq üzrə Avropa çempionudur. Aldığımız məlumata görə isə İ.Əzizov nəinki kikboksçu, ümumiyyətlə, peşəkar idmançı olmayıb.
Azərbaycan Kikboksinq federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov da Milli.az-a açıqlamasında Əzizovun kikboksçu olmasını təkzib edib: “Bizim idmançılarımız arasında heç bir vaxt İsa Əzizov adında bir adam olmayıb və kikboksinq yarışlarında nə yeniyetmələr, nə gənclər, nə də böyüklər arasında bu oğlana rast gələ bilərsiniz.
Mən bilmirəm, onun kikboksçu olması məlumatı haradan və kim tərəfindən yayılıb? Amma rəsmən bəyan edirəm ki, belə bir kikboksçumuz heç vaxt olmayıb. Çox məyusam ki, hadisə baş verəndən bu şəxsi bizim adımıza yazırlar”.
ATV.az isə yazıb ki, Əziovun səhhəti ona peşəkar idmanla məşğul olmağa imkan vermir. O, idman zallarına ancaq “əzələ yığmağa” gedib.
E.Əliyeva da son açıqlamasında qeyd edib ki, onu döyən qorxulu adamdır: "İsa Əzizovun bəyənib rədd cavabı aldığı qızların həyatı təhlükədədir. Bir neçə dəfə həmin klubda qızlara qarşı kobudluq edib. Onun ailə üzvləri mənə zəng edərək ərizəmi geri götürməyi, görüşməyi təklif edirlər. İsanın barəsində başqa bir cinayət işi olduğundan şikayətçi olmamağımı xahiş edirlər. Onlara dedim ki, sizin böyükdən də, kiçikdən də, hər birinizdən qorxuram".
D.Babayeva Rusiya vətəndaşı olduğu üçün bu dövlətin ölkəmizdəki səfirliyinə müraciət edəcəyini söyləyib.
BOLGEXEBER.COM
Bakıda xanım prodüsseri döyən idmançı kimdir? - FOTOLAR
Bakıda xanım prodüsseri döyən idmançı kimdir? - FOTOLAR