BolgeXeber.Com » Xəbərlər » eBay-da Azərbaycanla bağlı rəsm satıldı

eBay-da Azərbaycanla bağlı rəsm satıldı

30-05-2015, 10:52
Oxunub: 3 599 eBay-da Azərbaycanla bağlı rəsm satıldıİnternet vasitəsilə alış-veriş həyata keçirilən eBay hərracında Azərbaycan ərazisində Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb.

Musavat.com Azərtac-a istinadən xəbər verir ki, rəsmlər 1714-cü ilə aid edilir. Bu gün hərraca çıxarılan rəsmlərin başlanğıc qiyməti 9,99 dollar müəyyən olunub və 11,50 dollara satılıb.

Əsərin müəllifi Niderland rəssamı və səyyahı Kornelis de Bryuindir. 1652-1727-ci illərdə yaşamış rəssam Şərqə doğru iki böyük səyahət edib və özünün çəkdiyi rəsmlərdən ibarət olan iki kitab dərc etdirib. Bu kitablarda Rusiya, Azərbaycan, İran, Hindistana və digər ölkələrdə çəkdiyi rəsmlər əks olunub.

Satışa çıxarılan rəsmlərin orijinal olduğu bildirilir. Əsərlər hərracda İtaliyanın antik kitab və xəritə satışı ilə məşğul olan şirkəti tərəfindən yerləşdirilib.
eBay-da Azərbaycanla bağlı rəsm satıldı