BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda deputatlar dövlətin hesabına istirahət edəcəklər

Azərbaycanda deputatlar dövlətin hesabına istirahət edəcəklər

30-05-2015, 12:26
Oxunub: 3 808 Azərbaycanda deputatlar dövlətin hesabına istirahət edəcəklərSıravi deputatlar 3150 manat müavinət alacaqlar

Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq.

BOLGEXEBER.COM "report"-a istinadən xəbər verir ki, "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də veriləcək.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alacaqlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.
BOLGEXEBER.COM