BolgeXeber.Com » Xəbərlər » Sabiq məmurlar deputatlığa namizəd üçün çırmanıb

Sabiq məmurlar deputatlığa namizəd üçün çırmanıb

21-10-2015, 12:12
Oxunub: 3 922 Sabiq məmurlar deputatlığa namizəd üçün çırmanıb109-saylı Balakən seçki dairəsindən namizəd Nəsib Məhəməliyev haqda yeni informasiya var

Bolgexeber.com xəbər verir ki, onun dövründə rayon icra başçısının müavini işləmiş Vahid Ustayev və keçmiş torpaq və xəritəçəkmə komitəsinin yerli şöbəsinin müdiri Sabir Qardaşov təbliğat aparırlar.

Dia.az yazıb ki, daha bir neçə sabiq məmurlar əhali arasında Məhəməliyev deputat seçilərsə rayonda hər şey dəyişəcək vədini verirlər.

Bu gün Balakənin bir nömrəli qayğısı işsizlikdir. Məhəməliyevin təbliğatçıları da bunu bildiklərindən əhalini "iş yeri nağılı" ilə aldadırlar. Onlar iddia edirlər ki, guya Məhəməliyevin Bakıda tikinti ilə məşğul olan qardaşı Balakəndə 2000 nəfərə iş yeri olacaq müəssisə yaradacaq.

Hətta Məhəməliyevin adamları bildirirlər ki, guya Nəsib müəllim deputat olarsa, o zaman başçını da dəyişdirəcək və xalqa yaxın birisinin təyin olunmasına çalışacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...