Gedişhaqqını kim bahalaşdırıb?
4-01-2016, 11:44
Oxunub: 3 307
“Qiyməti 5 manatdan 6, 7, hətta 8 manata qaldıran sürücülər var
Özbaşınalıqdır.Birinə yaxınlaşdım, 6 manat dedi, mən də etiraz edib başqa avtobusa yaxınlaşdım. O avtobusun sürücüsü də “7 manatdan aşağı aparmıram” dedi. Gedişhaqqını özbaşına qaldırı
blar. Sürücülər deyir, dollar bahalaşıb, köhnə qiymətlə gedib gəlmək sərf eləmir”. Bunu Azadlıq Radiosuna sərnişinlər deyib.
“7 MANATDAN AŞAĞI APARMARAM”
Saatlı-Bakı marşrutu üzrə hərəkət edən avtobusların sərnişinlərindən AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət var.
Naharlı kənd sakini, Nəzrəli kəndindəki orta məktəbdə müəllimə işləyən Sara Həsənovanın sözlərinə görə, Bakıda yaxın qohumları olduğu üçün, demək olar, hər həftəsonu rayondan paytaxta gəlir. Bu dəfə yolu avtovağzaldan düşəndə özü demişkən, “bayram sürprizi” ilə qarşılaşıb: “Bax, indicə avtovağzaldayam. Qiyməti 5 manatdan 6, 7, hətta 8 manata qaldıran sürücülər var. Özbaşınalıqdır. Birinə yaxınlaşdım, 6 manat dedi, mən də etiraz edib başqa avtobusa yaxınlaşdım. O avtobusun sürücüsü də “7 manatdan aşağı aparmıram” dedi. Bəhanə edirlər ki, dollar bahalaşıb, 5 manata gedib-gəlmək sərf eləmir. Deyirəm, axı, bu qiyməti Tarif Şurası müəyyən etməlidir. Deyirlər, Tarif Şurası gəlib bizimçün plan vermir”.
“TƏZƏ QİYMƏTƏ ALIŞDIRIRLAR”
Qazaxdan Bakıya gələn Sərvər İskəndərov da “Qaynar xətt”ə yolhaqqının bahalaşmasından danışıb: “Qiymətləri süni şəkildə qaldırırlar. Camaatın gözünü təzə qiymətlərə alışdırırlar. Heç yerdə təzə qiymətlər barədə xəbərə rast gəlməmişəm. Özbaşınalıq edirlər. Özü də bunu bayram günlərində, adamların daha çox şəhərə gedib-gəldiyi vaxtda edirlər. Tarif Şurası, hüquq-mühafizə orqanları hara baxır?”
Bakı Beynəlxalq Avtovağzalından isə “Qaynar xətt”ə gedişhaqlarının artırılması ilə bağlı deyilənləri təkzib ediblər. Bildiriblər ki, bayram günləri ilə əlaqədar sıxlıq var, hər bölgə üzrə xəttə əlavə avtobuslar buraxılıb. Lakin avtobuslar köhnə tarif üzrə işləyir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər