BolgeXeber.Com » Xəbərlər » «AzEurotel» MMC-nin direktoru Cabit Rəsulov kimlərin sifarişini yerinə yetirirmiş? - İDDİA

«AzEurotel» MMC-nin direktoru Cabit Rəsulov kimlərin sifarişini yerinə yetirirmiş? - İDDİA

7-04-2016, 15:37
Oxunub: 4 362 «AzEurotel» MMC-nin direktoru Cabit Rəsulov kimlərin sifarişini yerinə yetirirmiş? - İDDİARabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (RYTN) məlum həbslərdən bir çoxlarının xəbəri var

Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov və BTRİB-in sabiq rəisi Beytulla Hüseynov müxtəlif maddələrlə ittiham edilərək həbs olunublar. Maraqlıdır ki, bu şəxslərlə yaxın əlaqələrə malik olan bəzi şəxslər hələ də işlərinin başındadırlar.
Həmin şəxslərdən biri də «AzEurotel» MMC-nin direktoru Cabit Rəsulovdur. MMC rəhbəri ilə bağlı məlumatlara keçməmişdən öncə qısaca bildirmək istəyirik ki, “AzEurotel” BM 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi və Böyük Britaniyanın “LUKoil-Europe Ltd.” şirkətinin təsisçiliyi ilə (hər iki tərəfin iştirak payı 50% olub) yaradılıb. Adıçəkilən qurum şirkətin maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlərin olması, kənar təşkilatlara külli miqdarda borcların yaranması, müəssisənin iflas vəziyyətinə düşməsinin qarşısının alınması, müəssisənin sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə “AzEurotel”in təşkilati-hüquqi forması qanunvericiliyə uyğun olaraq dəyişdirilərək o dövrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “AzEurotel” MMC-yə çevrilib.
“AzEurotel”in MMC-ə çevrilməsi prosesi zamanı müştərək müəssisənin baş direktoru Nuru Əhmədov öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib. Apardığımız araşdırmalar göstərir ki, Cabit Rəsulov nazirliyin hazırda həbsdə olan keçmiş vəzifəliləri Vidadi Zeynalov və Beytulla Hüseynovla çox yaxın əlaqələrə malik olub: «Hətta Cabit müəllim nazirlikdə Vidadi Zeynalovun «kassiri» kimi tanınıb. Hazırda «AzEurotel»də xirtdəyə kimi problem var. MMC-də vəsaitlər müxtəlif formalarda mənimsənilir, kütləvi israfçılığa yol verilir.
Cabit Rəsulov Vidadi Zeynalov və Beytulla Hüseynovla şərikli olaraq milyonları göyə sovurub. Deyilənə görə, bu şirkət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan keçmiş rəisi Beytulla Hüseynov və Vidadi Zeynalovun vasitəsi ilə dinləmə əmrləri alıb. Cabit Rəsulov isə aldığı əmrlərlə iş adamlarına və tanınmış dövlət rəsmilərinə “torba” tikərək qanunları pozub. Eyni zamanda BTRİB-dən külli miqdarda vəsait bu şirkətin balansına köçürülüb. Daha sonra isə adları çəkilən şəxslərin arasında bölüşdürülüb». MMC rəhbərinin qandonduran əməlləri bunlarla bitsə dərd yarıdır. İddialara əsasən, Cabit Rəsulov tez-tez Vidadi Zeynalov və Beytulla Hüseynovla kef məclisləri qururmuş. Bu barədə növbəti yazıda oxuyacaqsınız.xalqxeber.az
Qarşı tərəfi fikirlərini dinləməyə hazırıq!
Bolgexeber.com