BolgeXeber.Com » Xəbərlər » Əməkdar artist cəbhədə konsert verən həmkarlarını qınadı - "Bu, Azərbaycan əsgərinə dəstək deyil"

Əməkdar artist cəbhədə konsert verən həmkarlarını qınadı - "Bu, Azərbaycan əsgərinə dəstək deyil"

9-04-2016, 11:10
Oxunub: 4 741 Əməkdar artist cəbhədə konsert verən həmkarlarını qınadı - "Bu, Azərbaycan əsgərinə dəstək deyil"Əməkdar artist Lalə Məmmədova cəbhəyanı bölgələrə gedərək əsgərlərə konsert verən həmkarlarına əsəbiləşib

Axşam.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə bunun şəhidlərin ruhuna hörmətsizlik olduğunu yazıb:

“Əziz sənət yoldaşlarım! İnternetdə sizin cəbhə bölgəsinə səfərləriniz və etdiyiniz şadyanalığınızı seyr edirəm... Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır!”.
Əməkdar artist cəbhədə konsert verən həmkarlarını qınadı - "Bu, Azərbaycan əsgərinə dəstək deyil"